Yezidə lənət oxumaq olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 151
Səs ver:
(səs: 1)
Bəli, bunu eşitməyən az tapılar. Amma Yezidin lənətlənməsini deyən insan üç şeyi isbat etməlidir: 1. Yezidin fasiq olmasını, 2. Onun deyilən fasiqlikdən tövbə etməməsini. Əgər tövbə edən kafirin öz küfründən tövbə etməsi məqbuldursa, fasiqin tövbəsi də məqbuldur. 3. Müəyyən şəxsə lənət oxumağın icazəli olmasını isbat etmək.

Allahın və Peyğəmbərinin lənət etmədiyi müəyyən ölmüş insanı lənətləmək olmaz. Mötəbər hədislərin birində buyurulur: Peyğəmbərin (s) yanında Əbu Cəhlə lənət oxunduqda belə dedi: “Ölüləri söyməyin, çünki onlar artıq etdikləri əməllərinə qovuşublar”1

Allahın dini söyməklə bünövrələnməmişdir. Onun bünövrəsi gözəl əxlaqdır. Allahın dinində söyməyin heç bir qədr-qiyməti yoxdur. Peyğəmbər (s) mötəbər hədislərin birində buyurmuşdur ki, “Müsəlmanı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür”2

Müsəlmanı söymək fasiqlikdir. Yezidin isə İslam dinindən çıxmasını heç kəs deməmişdir. Ən pis halda onun fasiq olması deyilmişdir. Bu iddianın doğru olması üçün onun fasiqliyini isbat etmək gərəkdir. Onun həqiqətini Allah bilir. Peyğəmbər (s) buyurmuşdur:

“Qeysər şəhərinə ilk dəfə hücum edən qoşun bağışlanmışdır.”3

Bu qoşun Yezid ibn Müaviyənin sərkərdəliyi ilə döyüşə getmişdi. Hətta bu döyüşdə onunla, İbn Ömər, İbn əz-Zubeyr, İbn Abbas, Əbu Əyyub kimi – şərəfli səhabələr də iştirak edirdilər. Döyüş hicrətin qırx doqquzuncu ilində baş vermişdir.

İbn Kəsir deyir, Yezid, Hərra döyüşündə Müslim ibn Uqbəyə Mədinə şəhərinə üç günlük möhlət verməsini əmr etməklə çox kobud səhv etmişdir. Bu səbəblə bir çox səhabələr və onların övladları həlak olmuşdular.

Nəticə olaraq onun işi Allaha qalmışdır. İmam Zəhəbi demişdir: Biz onu nə söyür, nə də sevirik!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri