Təyənnümün qaydası

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 098
Səs ver:
(səs: 1)
Təyəmmüm
Suyun olmadığı? azlığı? və ya suyu tapmaqdan ümidsiz olduğu? zərər ya xəstəliyə səbəb olacağı və ya susuzluq və ölüm təhlükəsi olduğu hallarda namaz qılmaq üçün təyəmmüm alınmalıdır.

Təyəmmümün şərtləri
1-Su olan yerdə təyəmmüm batildir.
2-Təyəmmüm edərkən məsh yerləri pak olmalıdır. Əgər suya çəkmək mümkün olmasa eləcə də təyəmmüm etməlidir.
3-Dəstəmazı batil edən şeylər təyəmmümü də batil edir.
4-Təyəmmüm edərkən tərtib və ardıcıllığa riayət olunmalıdır.
5-Qəsdi – qürbət (qürbətən iləllah) niyyəti olmalıdır.

Təyəmmümün qaydası
1-"Təyəmmüm edirəm qürbətən iləllah” İki əlin içini təyəmmüm səhih olan (torpağa, quma, kəsəyə, daşa və bu kimi şeylərə) vurmaq lazımdır. (şəkil-12)

2-Hər iki əl alının tük bitən yerindən qaşların və burunun üzərinə qədər çəkilir. (şəkil-13)

3-Sol əlin içi sağ əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir. (şəkil-14)

4-Sağ əlin içi sol əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir. (şəkil-15)
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri