Dinimizdə təhrif nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 4 846
Səs ver:
(səs: 0)
Cavab: Təhrif kəliməsi lüğəttə, bir şeyi “kənara çəkmək”, “sürüşdürmək”, “döndərmək”, “yönəltmək” və “çevirmək” kimi mənalara gəlir.[1] O cümlədən, bir şeyin aid olduğu yerdə olmaması yəni, bir şeyin lazım olan yerin xaricində olmasına təhrif deyilir. Məsələn, Allah Təala, Həcc surəsinin 11-ci ayəsində, bir insanın layiq olan yerdə olmamasını belə ifadə etməkdədir:

وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انْقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ۚ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ

“İnsanlardan eləsi də var ki, Allaha kənardan qulluq edər. Əlinə bir imkan çatanda rahatlayır; başına bir iş gələndə isə, üz döndərir. Beləsi, dünyanı da axirəti də itirər. Həqiqi ziyan edən də budur.” (Həcc, 22/11)

Təhrif, əslində bir çoxunun bildiyi kimi, “kəliməni dəyişmək” deyil, “kəliməyə aid olan mənanı verməməkdir.” Məsələn, bir neçə mənası olan bir kəliməni ələ alıb, cümlə içərisində bu mənalardan lazım olanı vermədiyiniz təqdirdə, həm cümləni həm də kəliməni təhrif etmiş olursuz. Kəlimə olduğu kimi dursa da onun mənasını sağ-sola çəkməyə çalışmaq, həqiqi təhrifdir. Məhz bu şəkildə təhriflərin çoxu Quran ayələri üzərində edilmişdir. Keçmişdə ən çox “şaə” kəliməsinə və günümüzdə isə “salat” kəliməsinə bu kimi təhriflər edilmişdir. Bilindiyi kimi, lüğəttə “salat” kəliməsi bir çox mənalara gəlir. Quranda xüsusiylə ən çox “namaz” və “dəstək” mənasında işlədilir. Əksər hallarda, isim şəklində gəldiyi zaman namaz, fel şəklində gəldiyi zaman isə dəstək mənasını verir. Ənənəçilər, hardasa bu kəliməyə istər fel istərsə də isim şəklində işlədilsin, hər iki halına “namaz” mənası vermişlər. Günümüz oryantalistləri də bunun tərsi olaraq, bu kəliməyə sadəcə “dəstək” mənasını verməkdədirlər.

Qısacası; dini öz əqidələrinə və siyasətlərinə alət edənlər, Qurandakı bir çox kəlimələrin əslini deyil, mənalarını təhrif etməyi bacarmışlar. Lakin Allah, Quranı qiyamətə qədər qoruyacığını, kəlimələrinin dəyişməyəcəyini söz vermişdir və günümüzdə də biz buna şahidik. İnsanlar isə Allah və kitabı adına etdikləri təhriflərin hesabını axirəttə verəcəkdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri