Cihazlardan dinlədiyimiz QURAN qiraət sayılırmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 639
Səs ver:
(səs: 2)
Görkəmli İslam alimi Elmalılı Muhammed Hamdi Yazır Əraf surəsinin 204-cü ayəsini (Quran oxunduğu zaman ona qulaq asın və susun ki, sizə mərhəmət edilsin) təfsir edərkən belə deyir:

“Ağıllı olmayandan və cansız varlıqlardan çıxan səslərə, eləcə də əks-sədadan, yəni, səsin əks olunmasından meydana gələn səsə qiraət demək olmaz. Fəqihlər elə buna görə bildiriblər ki, bir qiraətin əks-səda verməsindən hasil olan səsi qiraət və tilavət hesab etmək olmaz və elə bu səbəbdən tilavət səcdəsi etmək lazım deyil. Bir kitabı səssiz oxumağa qiraət demək mümkün olmadığı kimi, çalınan, cingildəyən və ya əks-səda verən bir səsə qulaq asmaq da qiraətə qulaq asmaq demək deyil.
Belə olan halda, Quran oxuyan bir insanın səsini əks etdirən bir cihazdan gələn səs də qiraət adlandırıla bilməz. Bu cür səslər qiraət deyil, bir qiraətin əksi və əks olunmasıdır; bunlara qulaq asmaq və susmaq əmrlərinin hökmü aid edilə bilməz. Başqa sözlə, qulaq asmaq və oxunarkən susmaq vacib olan Quran cihazda çalınan Quran deyil, bir insan tərəfindən oxunan Qurandır”.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri