Mən qəşəng deyiləm, nə etməliyəm? Cavabı Quranda axtaraq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 346
Səs ver:
(səs: 0)
Cavab: Hər kəs müxtəlif imtahanlara, müsibətlərə məruz qala bilir. Biz, müsəlman olaraq, xoşbəxtliyi ya da bədbəxtliyi təkcə bu dünyada Allahın verdikləri ya da aldıqları ilə ölçməməliyik. Çünkü Allah insanlara verdiyi ya da aldığı şeylər qarşısında necə qarşılıq verəcəyinə baxar. Bu səbəblə Onun verdiyi və aldığı şey nə olur-olsun insana ya bədbəxlik ya da xoşbəxtlik qazandıra bilər. Bir də; xoşbəxtlik gözəlliklə ya da var-dövlətlə əldə edilməz. Necə gözəllər və necə zənginlər vardır ki, həyatda xoşbəxliyin nə olduğunu belə bilmirlər.

Əgər Allaha güvənirsənsə bil ki, Allah bir insanın cinsinə, rənginə, xarici görünüşünə deyil, qəlbinə və elədiklərinə baxar! Quranda bu barədə belə buyurulur: “Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Hucurat 49/13)

Bu səbəblə bizim ən mühüm işimiz dünyada Allahın sevgisini, hörmətini qazanmaq olmalıdır.

Peyğəmbərimiz əleyhissəlam belə buyurur: “Allah sizin xarici görünüşünüzə ve mallarınıza baxmaz. Ama o sizin qəlplərinizə ve işlərinizə baxar.” (Müslim, Birr, 33)

Başqalarının bizə verdiyi dəyər isə nisbi və müvəqqətidir. Bütün bunlar keçib gedəcək və bizə qalan öz etdiklərimiz olacaqdır.

Biz insanlara qarşı da yaxşı davranmalıyıq. Onlar bizə pis davranarlarsa, qarşılığını onsuzda Allahdan görəcəklər. Allah Təala: “Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.” (Hucurat 49/11)

Əsl məsələ müvəqqəti dünyada rahat və xöşbəxt yaşamaq deyil, əsl məsələ həm dünyada yaxşı olmaq, həm də axirətdə (cənnəti qazanıb) əbədi xöşbəxt ola bilməkdir!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri