Hicablı qadınlar pasport üçün fotoşəkli necə çəkdirməlidirlər?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 040
Səs ver:
(səs: 0)
Cavab: Belə bir qanun demokratik ölkələrdə olmur; bu cür qanunlar qüvvəyə minmir. Vətəndaş əvvəlcə o ölkədə belə bir qanun maddəsinin olub-olmadığını öyrənməlidir. Səlahiyyətli orqan da bu qanun maddəsinin qüvvədə olduğunu bu cür problemlə qarşılaşan hicablı vətəndaşına bildirməli, ya da göstərməlidir. Çünki bəzi ölkələrdə belə bir qanunun qüvvədə olmamasına baxmayaraq bir çox məmurlar sırf şəxsi mövqelərindən çıxış edərək həm ölkə daxilində həm də sərhəddən keçmək istəyən vətəndaşlara çətinlik törədir, eləcə də onların inanclarına və haqlarına hörmətsizlik edirlər.

Əgər belə bir qanun hər hansı bir ölkədə icra edilirsə, onda o ölkənin tələb etdiyi qaydalara məcbur riayət etməliyik. Çıxış yolu olaraq şəkil çəkildiyi vaxt həmin yerin səlahiyyətli orqanı ilə razılığa gəlib hər hansı bir qadın işçisinə, qadının özünə məhrəm olanlarından birinə deməli və o şəklini çəkdirməlidir. Bir başqa yol isə, parik taxaraq şəkil çəkdirməkdir.

Bütün bunlar məcburiyyətdən irəli gəlir. Məcburiyyətlər qarşısında şəxs üzrlü sayılır. Fiqhdə belə bir qayda vardır: “Məcburiyyətlər qadağaları ortadan qaldırır.”
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri