Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 325
Səs ver:
(səs: 0)
Cavab: Döşəkağı və mələfə kimi şeylərə sperm kimi hər hansı bir şey bulaşıbsa, onu təmizləmək lazımdır. Bunun üçün onları və ya odeyalı yumaq lazım deyil. Bulaşan hissəni əgər quruyubsa, ovxalamaq və yaxud qaşımaq, əgər islaqdırsa, yumaq kifayətdir. Başqa bir şeyə ehtiyac yoxdur.

Bu məsələlərlə əlaqədar hədislər aşağıdakı kimidir:

Həzrəti Aişə (r. a.) nəql edir:
“Mən Rəsulullahın (Muhəmməd peyğəmbər) paltarına bulaşan mənini təmizləyirdim. O, paltarında nəm hissə (qurumamış) ola-ola namaza gedirdi” (Buxari, Vüdu (Dəstəmaz), 64, 65; Müslim, Təharət (Təmizlik), 108 (289); Əbu Davud, Təharət (Təmizlik), 136; Tirmizi, Təharət (Təmizlik), 85, 86; Nəsai, Təharət (Təmizlik), 187, 188).

Müslimdən nəql edilən başqa bir rəvayətdə belə deyilir:
Həzrəti Aişənin bir qonağı gəldi. Həmin adam səhər tezdən paltarını yumağa başladı. Həzrəti Aişə ona:

“Sənin (məni) bulaşan yeri (əgər gördünsə) yumağın kifayət idi. Görmədinsə, ətrafını yuyardın. Mən Rəsulullahın paltarından (məni bulaşığını) ovuşdurmaqla təmizlədiyimi bilirəm. O, (bir də yumadan) o paltarı ilə namaz qılırdı”.

Başqa bir rəvayətdə belə qeyd edilir:
“Yaxşı bilirəm ki, peyğəmbərin paltarından məni bulaşığını (sperm) dırnağımla qaşıyıb təmizləyirdim” (Müslim, Təharət (Təmizlik), 105, 109 (288, 290).

Yəhya ibn Abdurrahman ibn Hatibdən nəql etdiyinə görə həzrəti Ömər (r. a.) və Amr ibn Əl-Asın da olduğu bir dəstə ilə birlikdə ömrə edib. Səfər vaxtı səhərə doğru həzrəti Ömər su mənbələrindən birinə yaxın olan bir yolda fasilə verdi. Hamı kimi o da yatdı. Birdən ehtilam (cünub olmaq, pollution) oldu. Səhər açıldı. Qafilədə (dəstə) yuyunmağı üçün lazımi qədər su yox idi. Heyvanına minib yaxınlıqdakı suyun başına gəldi. Və dərhal o haldan qalan məni bulaşığını yumağa başladı. Bu dəm hava tamamilə açıldı. Amr ibn Əl-As həzrəti Ömərə belə dedi:

“Səhər açıldı. Bizdə təmiz paltar var. Sən öz paltarını yumağı saxla. Onsuz da gec-tez yuyulacaq”.

Lakin həzrəti Ömər ona belə cavab verdi:
“Ey İbnu-l-As! Heyrət! Belə çıxır ki, sən paltar tapmısan deyə, hamı tapacaq? Allaha and olsun ki, mən sənin dediyini yerinə yetirsəm, həmin iş bir sünnə olar. Xeyr, mən gördüyüm mənini yuyuram və görmədiyimə su çiləyirəm. Beləliklə, onu təmiz hesab edirəm!” (Muvatta, Təharət (Təmizlik), 83).
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri