Müsəlmanlar üçün doğru ilə yalnışı ayırd etmə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 189
Səs ver:
(səs: 1)
Islama yeni gəldiyimiz vaxtlar, fiziki olaraq böyüsə də əqli və zehni olaraq böyüməyən bəzi “böyük“lərimizin bu tipli sözləri ilə qarşılaşırdıq: “Sizin dedikləriniz axının əksinə üzməkdir, axının əksinə üzülməz“. Bu sözləri deyənlər əqli və zehni olaraq böyümədikləri üçün nə dediyini bilməyən uşaqlara göstərdiyimiz mərhəməti bunlara da göstərib, onları özürlü görürdük, indi də elə.
Dedikləri sözün mahiyyətinə gəldikdə isə qısacası topluma tərs düşəcək heç bir şeyi deməyin, yaşantınıza da gətirməyin, yoxsa cəmiyyətin xoş olmayan reaksiyası ilə qarşılaşarsınız. Halbuki biz müsəlmanlar üçün doğru ilə yalnışı ayırd etmə ölçüsü toplumun onu necə qəbullanması deyil. Bizim üçün doğru və yalnışı təyin edən kainatın yaradıcısı Allahdır.
Ağıllı insanlar heç vaxt “sürü psixologiyası” ilə hərəkət etməzlər. Çünkü yalnış onu edənlərin sayının çoxalmasıyla yalnış olmaqdan çıxmır. Çünkü kütlənin doğru və yalnış anlayışı 10-15 ildən bir dəyişir. Bu gün əksər insanlar qadınların açıq saçıq “geyinib” öz bədənini vitrinlərdə qoyulan ticari əşyalar kimi nümayiş etdirməsini normal qarşılaya bilər, nəticədə düşüncə sərbəstliyidir, özü bilər. Lakin mən bunu normal qarşılamaq məcburiyyətində deyiləm.
Bu gün əksər insanlar cəmiyyətin məhv olmasının əsas səbəblərindən biri olan “spirtli içkilərin” içilməsini normal qarşılaya bilər, bu mənim içkinin “bütün pisliklərin başı” olduğu düşüncəmi dəyişmir.
Bu gün yer üzündə hər dörd nəfərdən biri zina səbəbiylə bulaşan xəstəliklərdən əziyyət çəkir, zina səbəbiylə nəsillər və ailələr məhv olur, lakin ağlını təyinatı üzrə istifadə etməyən biriləri bu çirkin iş olan zinanı normal qəbul edə bilər, qeyd etdiyim kimi sərbəst insandır. Lakin bu zinanın çirkin bir iş olduğu gərçəyini dəyişdirməz. Digər yalnışlar da o şəkildə.
Qısacası biz bir işi edərkən toplumun deyildə Allahın razılığını əsas alan insanlarıq və ya elə olmağa çalışırıq. Yoxsa insanların fikirləriylə fikir formalaşdırmırıq. Əslində bu düşüncə yəni “insanlar nə deyər” düşüncəsi, psixologiyada bir xəstəlik sayılır. Amma nə qəribədir ki, kütlənin fikriylə fikir formalaşdıran insanlar bizi xəstə sayır. Nə deyək… NƏTİCƏDƏ KORLAR ÖLKƏSİNDƏ GÖRMƏK BİR XƏSTƏLİK SAYILIR.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri