İslamda intihar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 693
Səs ver:
(səs: 1)
Təbii ki, buna birmənalı cavab vermək mümkün deyil. Çünkü intihar səbəbi şəxsə, həmin şəxsin psixoloji vəziyyətinə, yetişdiyi və hazırda olduğu mühitə və bir çox başqa səbəblərə görə dəyişə bilər. Bəs çözüm olaraq nə deyə bilərik?
Bizim inancımız İslam bütün zamanlarda, bütün məkanlarda, insanlığın qarşılaşacağı bütün problemlərə qüsursuz çözüm gətirən yeganə həyat sistemidir. İslama görə hər şeyi yaradan qüvvə var, Allah. Və O Allah heç bir şeyi boşu-boşuna yaratmayıb. Kainatda hər şeyi ən gözəl yaratdığı insan üçün yaradıb. Və həyat sadəcə bu dünyadan ibarət deyil.
Bir insan tipi düşünün, yaradan inancı yox, təsadüfən var olduğuna inanır, həyatın sadəcə bu dünyadan ibarət olduğunu düşünür. Bu insan niyə bu qədər sıxıntılarla bol olan dünyada yaşamalıdır?! Yemək üçünmü? Qadın üçünmü? Vəzifə və şan şöhrət üçünmü? Madam dünyalıq dəyərlər bunlardır bunlar üçün yaşamağa və sıxıntılara qatlanmağa dəyərmi?
Heç bir sıxıntım yoxdur deyən birisi belə hər an sevdiklərini itirmə təhlükəsini düşünsə bu belə onu intihara aparan səbəblərdəndir. Lakin həyat nizamını həyat kitabı olan Qurandan alan insan bu dünyaya imtahan üçün gəldiyini bilər, bu imtahanlar bəzən yoxluq olar, bəzən varlıq.
Bütün sıxıntılara Allaha dayanaraq sinə gərməyə çalışar. Həyatın Qayəsini dərk etdiyi üçün gerçək həyatın axirət həyatı olduğunu, əsas vəzifəsinin axirətə hazırlıq olduğunu və onu yaradan və ona hər kəsdən yaxın olan Allahın ona intiharı qadağan etdiyini bildiyi üçün bu işdən uzaq durar.
Bəziləri etiraz edə bilər ki, məgər intihar edənlərin hamısı inancsız insanlardırmı? Təbi ki, xeyr. Lakin intihar etməkləri onların qüvvətli inanc sahibi olduqlarını da göstərməz. Qüvvətli Allah inancı və Quran bağlılığı daşıyan kimsələr həyata fərqli baxdıqları üçün qarşılaşdıqları hər sıxıntının çözümünü Quranda və yeriyən Quran olan Peyğəmbərdə (Ona və ailəsinə Allahın salamı olsun) taparlar.
Maddi sıxıntınmı var, xəstəliyinmi var? Əyyub Peyğəmbər (Ona salam olsun) mal və can sağlığı daxil dünyalıq olan hər şeyini itirdi.
Haqsız yerə zülümmü gördün? Yusuf Peyğəmbərə (Ona salam olsun) bax.
Sevdiklərinimi itirdin? Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) yetim olaraq böyüdü, 7 uşağından 6-nı özü dəfn etdi.
Amma imanın verdiyi hüzur və Allah sevgisi ilə ayaqda qaldılar, insanları haqqa və xeyrə dəvət etdilər. Qısacası şüurlu insanı həyata bağlayan yeganə bağ sağlam Allah və axirət inancıdır, imanın dadıdır. Axirət inancı sağlam fitrətin tələbidir.
Düzdür insanı intihara aparan başqa səbəblər də var. Lakin bütün hallarda gəncliyimizin məhv olmasının altında yatan əsas səbəb mənəvi boşluqdur. Bunda isə gənclərimizin həqiqi İslamı tanımasının və imanın dadını almasının önündə əngəl olanlar günahkardılar..
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri