Allahdan başqa ilah və Rəbbdən başqa rəbb qəbul etmək nə deməkdir?

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 523
Səs ver:
(səs: 2)
Sual: Allahdan başqa ilah və Rəbbdən başqa rəbb qəbul etmək nə deməkdir?
Cavab: Allahdan başqa İlah qəbul etmək, əqidəvi məsələlərdə olur. Bir insanın sırf Allaha məxsus sifətlərdən, səlahiyyətlərdən birini və ya bir neçəsini bir başqasına verməsi və bu vəsflərin bir başqasında da olmasına inanması həmin insanın Allahdan başqasını ilah qəbul etməsi deməkdir. Belə bir inanc, eyni zamanda şirkə yol açır və bir insanı müşrik edə bilər. Məsələn, Quranda Allah özünü vəsf edərkən ifadə etdiyi: “Vəhuvə məakum eynə ma kuntum = Siz harada olsanız, O sizinlədir.”,[1] “Vallahu bima taməlunə bəsir = Allah sizin nə etdiklərinizi biləndir!”[2], “Vallahu Alimun bizatis sudur = O, qəlblərinizdəkini görəndir!”[3] – kimi xüsusiyyətləri, sifətləri başqasına da şamil etmək Allaha şərik qoşmaqdır.[4]
Rəbbdən başqa rəbb qəbul etmək isə xüsusiylə fiqhi məslələrdə olur. Məsələn, Allaha məxsus hökmləri, halal və haram qoyma səlahiyyətlərini başqalarına vermək, Allahın yanında başqalarını da rəbb qəbul etməkdir. Bunu ən gözəl izah edən aşağıdakı ayə və hədisdir:
Rəsulullah bir gün, “Əhbarlarını (alimlərini) və ruhbanlarını (din xadimlərini) Allahla öz aralarına qoyub rəbb etdilər. Məryəm oğlu Məsihi də. Halbuki, onlara ancaq tək olan ilaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa ilah yoxdur. Allah, onların şərik qoşduqlarından uzaqdır.” (Tövbə, 9/31) – ayəsini oxuyanda Xristian olan Ədiy ibn Xətəm, Rəsulullaha etiraz etmiş və “Mən də bir Xristianam lakin biz, əhbar və rahiblərimizi Rəbb qəbul etmirik və onlara ibadət də etmirik.”- demişdi. Bunun üzərinə Rəsulullah belə buyurdu: “Allahın haram etdiyini halal, halal etdiyini də haram etdikləri vaxt, onların dediklərini qəbul etmirsizmi?” Ədiy ibn Xətəm “Bəli, qəbul edirik, çünkü onlar dini məsələdə səlahiyyətli şəxslərdir.”– dedi. Bu cavabına qarşılıq Rəsulullah: “Elə bu onları Rəbb etmək deyil də nədir?”– buyurdu.[5]
Təəssüf ki, Müsəlmanlar da Yəhudi və Xristianlar kimi öz din xadimlərinə verdiyi səlahiyyətlərin eynisini öz din xadimlərinə vermək surətiylə, fərqli əqidələrə, fətvalara, özlərinə məxsus məzhəblərə sahib olmuş və bir növ Allahın dininə qarşı paralel dinlər yaratmışlar.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri