Uşağa verilən gözəl ad tərbiyənin bir parçasıdır.

Müəllif: Meleknur
Şərhlər: 4
Baxılıb: 2 468
Səs ver:
(səs: 2)
Ana-ata olmağa yaxınlaşan cütlükləri şirin bir təlaş bürüyür. Körpə üçün hazırlıqlar edilərkən bir tərəfdən uşağa qoyulacaq adlar araşdırılır. Ümumiyyətlə, axtarılan adlar az duyulmuş və ya ifadəsi gözəl olanlardır. Bəzi cütlər isə ailə böyüklərinin adlarının yox, müasir adlar qoymaq istəyərlər. Uşağa ad qoymaq ana və ata üçün əhəmiyyətli bir vəzifədir, çünki həyatının sonuna qədər bu adla həyatını davam etdirəcək və cəmiyyətdə fərd olaraq bu ad ilə xatırlanacaq olan onların uşaqlarıdır.
Təəssüf ki, bəzən heç bir mənası olmayan, ya da mənasını tam araşdırmadan qoyulan və mənası bir də xoş olmayan adlar qoyulur. "Bu adı nə səbəbə qoydunuz?" sualına da "Amma Quranda bu ad var"- cavab verilir. Bəli, Quranda o söz ola bilər. Amma, Quranda cəhənnəm, Firon, Nəmrud, Qarun və.s adlar də var. Ad qoymada meyar Quranda olması deyil, mənasının gözəl olmasıdır.
İsmin uşaq üzərində təsirinin nə qədər böyük olduğunu bir çox araşdırmalar ortaya çıxartdığını oxuyuruq. Gözəl ad qoymaq uşağın ana və atasının üzərində haqqı olmasının yanında Əfəndimizin (sav) sünnələrindəndir. Fəxri-i Kainat (sav) körpələrə ad qoyularkən mənalarının müsbət olmasına çox diqqət edir. Bir nümunə verək: Hz Əli (ə) ilk oğlu dünyaya gəldiyi zaman adını Hərb qoymaq istər. Hz. Peyğəmbər (sav) uşağın adını Həsən qoyar. Digər oğlu dünyaya gəlincə yenə Hərb adını qoymaq istəyir. Əfəndimiz (sav) o körpənin adını Hüseyn qoyar. Üçüncü bir oğlu olunca Peyğəmbərimiz (sav) o körpəyə Muhsin adını qoyar. Hərb adının mənası "döyüş" olduğu üçün Əfəndimiz (sav) bu adın qoyulmasına icazə etməz. Uşağa qoyulan ad onun xarakteri üzərində təsirli olduğunu ortaya çıxardan bir çox araşdırmalar var. Əfəndimiz (sav) uşaq adına göstərdiyi həssaslığın hikmətlərindən biri də bu həqiqətdir. Yalnız yeni doğulmuş körpələr deyil, yetkin səhabələrin də adlarının Əfəndimiz (sav) tərəfindən dəyişdirildiyini bilirik. Məsələn, adı Nezir (qorxuducu) olan bir səhabənin adını Bəşir (müjdə verən) olaraq dəyişdirmişdir. Yenə adı Asram (səmərəsiz) olan bir səhabənin adını Zür'a (cütçü, yetişdirən) olaraq dəyişir. Hazn (rəftarı sərt, kobud) adlı səhabənin adını Səhl (asanlıq) olaraq dəyişmişdir.
Hz. Peyğəmbər (sav) döyüş, atəş, acı, hüzün vs mənasını gələn adlardan xüsusilə qaçınar. Müsbət mənası olan adları seçər və bu adların qoyulmasını təşviq edər. Uşaqlarına və nəvələrinə qoyduğu adlara diqqət etsək, bu həqiqəti görərik. Bununla bərabər, sahibini nazıyla oynayacaq, mübaləğəyə qaçmasına səbəb olacaq adları də dəyişdirmişdir. Məsələn Bərra (yüksək əxlaqa sahib, hər yönü ilə duru-arı və tərtəmiz) adını Zeynəb (qiymətli daş, atasının göz bəbəyi) olaraq dəyişir. Bu cür adların sahibinin nəfs tərbiyəsi etməsinin önünə keçə biləcəyini işarə edər. Uşağa ad qoyarkən mənasının gözəl olmasıyla bərabər , İslam böyüklərinin adlarının seçim edilməsinin axirətdə şəfaətə vəsilə ola biləcəyi müjdəsini nəzərə almağımız lazımdır. Uşaq bunu anlayacaq yaşa gəldiyində adının mənasını və ya kimin adı olduğunu, bunun axirətdə rəhmətə vəsilə ola biləcəyini izah etmək uşağın öz adına baxışını dəyişir.
Xülasə, uşağa hamiləliklə başlayan tərbiyə prosesi ad qoyma ilə davam edər. Tərbiyədə hər addımımızı bayıra şüurlu və diqqətli atmalıyıq ki, uşağa ad qoymaq bunlardan biridir. Əfəndimizin (sav) tərbiyə prosesində tətbiqləri bizə işıq tutur. Uşaq təhsilində müxtəlif qaynaqlara müraciət edərkən də, Əfəndimizin (sav) ən böyük rəhbər olaraq bizim qarşımızda dayandığını unutmayaq.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri