Məkkədə enən ayələrin xüsusiyyətləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 208
Səs ver:
(səs: 2)
Hər peyğəmbərin bir möcüzəsi olduğu kimi, Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm-in möcüzələrindən biri də Qurani Kərimdir.

Və ayələrin mükəmməl şəkildə düzülüşü, ahəngliyi və digər xüsuslar 7-ci əsr insanının ruhunu oxşadığı kimi, içərisindəki qeybdən xəbər vermələr və müasir elmi dəlillər də 21-ci əsr insanını təəccübləndirir.

Bildiyimiz kimi Peyğəmbər -sallallahu aleyhi və səlləm-in həyatı 2 dövrə – Məkkə və Mədinə dövrlərinə bölündüyü üçün, enən ayələr də Məkkədə və Mədinədə enən ayələr olaraq ayrılır.

Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm-ə Məkkədə enən ayələrə “Məkki” ayələr deyilir. Mədinədə enən ayələr isə “Mədəni” ayələr adlanır. Quranın səhifə etibarilə beşdə-üçü Məkki ayələrdir, yəni Məkkədə nazil olmuşdur.

Məkki ayələrin Mədəni ayələrə nisbətdə diqqət çəkən məqamları vardır və bunlar aşağıdakılardır:

1. Tövhid (tək olan Allaha iman) inancına dəvət, öldükdən sonra dirilmək, cənnətlə müjdələmək və cəhənnəmlə qorxutmaqla bağlı ayələrin əksəriyyəti məhz Məkki ayələrdir;

2. Bu ayələr, Qısa və konkret olub, kəskin və açıq bir münasibət ortaya qoyur;

3. Təfəkkürlə bağlı ayələr..;

4. Bəzi istisnalar xaric, əksər Məkki ayələrdə edilən xitab: “Ey insanlar” şəklindədir. (Mədinədə isə “Ey müsəlmanlar”);

5. Məkkəli müşriklərin təkəbbürlüyünə, cavab olaraq, “Kəllə” yəni “əsla, xeyir elə deyil” kəlməsindən çox istifadə olunmuşdur;

6. Hekayələrin (qissələr) bir çoxu, keçmişdən ibrət almaq üçün Məkki ayələrdə öz yerini tapır;

7. Allahdan başqa, digər şeylərin önündə səcdə edənləri, tək Allahın önündə səcdəyə sövq üçün, bütün səcdə ayələri Məkkədə nazil olmuşdur;

8. Məkki ayələrdə diqqət çəkən digər məqam isə, namazdan başqa heç bir ibadətə dair hökmlərin qeyd olunmamasıdır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri