Dində elçilik

Müəllif: Ani Guseynova
Şərhlər: 4
Baxılıb: 2 252
Səs ver:
(səs: 1)
Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Bir nəfər sizə elçiliyə gələn zaman dindarlığını və əmanətdarlığını bəyənsəniz, ona qız verin. Belə etməsəniz, yer üzündə çox fəsadlar və pozğunluqlar törəyəcək.
(Biharul-Ənvar, cild 103,səh. 372, hədis 3)
-
İmam Həsən (ə.s) (onunla öz qızının evlənməsi barədə məşvərət edən bir kişiyə xitabən): «Onu təqvalı kişiyə ərə ver. Çünki sənin qızını sevsə ona hörmət edəcək və əgər sevməsə ona zülm etməyəcək.»
(Məkarimul-Əxlaq,cild 1,səh. 446, hədis 1534)
-
İmam Rza (ə.s): «Cəbrayıl Peyğəmbərin yanına gəlib dedi: «Ey Məhəmməd! Rəbbin sənə salam göndərir və buyurur: «Bakirə qızlarınız ağacda olan meyvə kimidir. Meyvə yetişəndə onu dərməkdən başqa bir dərmanı yoxdur, əks halda, günəş və külək onu xarab edəcək. Bakirə qızlar da qadınlıq inkişaf mərhələsinə çatanda, onların ərə verməkdən başqa bir dərmanı yoxdur. Yoxsa, azğınlıqdan və fəsaddan amanda olmayacaqlar.» Sonra Allahın Peyğəmbəri minbərə qalxıb, camaatı topladı və Allahın fərmanını onlara çatdırdı.» (Biharul-Ənvar, cild 16,səh. 223, hədis 22)
-
Allahın Peyğəmbəri (s.a.v.v): Gənc çağında evlənən elə bir cavan olmadı ki,onun şeytanı belə fəryad qoparmasın: «Vay olsun ona! Vay olsun ona! Dininin üçdə ikisini mənim şərrimdən qorudu.» Buna görə də, insan digər üçdə biri qorumaq üçün ilahi təqvanı qazanmalıdır. (Biharul-Ənvar,cild 103,səh 221)
Mövzu üzrə başqa xəbərlər:
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 252
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri