Ixlaslı olmaq üçûn nə etmək lazımdır?

Müəllif: Meleknur
Şərhlər: 6
Baxılıb: 2 637
Səs ver:
(səs: 1)
İxlasın lüğətdəki mənası – itaət və ibadətdə riyanı tərk etməkdir ki, bu, dinimizin ən böyük tövsiyələrindəndir. Əməlin dəyəri – niyyətin xalis olması ilədir. Əgər əməlin niyyəti Allah olmazsa, heç bir mənəvi və İlahi dəyərə malik ola bilməz. Əmirəl-möminin (ə) buyurur:“İxlas – dinin hədəfidir”.

İxlasa mane olan amilləri tanıyaraq, onları aradan qaldırmağa çalışaq.

1. Riyakarlıq. İxlasın yolunda olan ən böyük maneə - riyadır. Bu maneəni aradan qaldırmaq üçün diqqət etmək lazımdır ki, heç bir insan bütün insanları razı sala bilməz və əgər niyyəti bu olarsa, daima nigaran və təşvişli halda yaşayar. Həmişə elə yollar axtarar ki, başqalarını özündən razı sala bilsin, baxmayaraq ki, həmin əməl Allahın xoşuna gəlməsə belə.

2. Dünyaya bağlanmaq. Dünyaya çox bağlanmaq səbəb olar ki, insanın bütün əməlləri, hətta ibadəti belə, daha çox dünya malı əldə etmək yolunda olsun. Bu maneəni aradan qaldırmaq üçün insan gərək dünyanı və özünü tanısın.

3. Şeytanın (lən) vəsvəsəsi. Şeytan (lən) – insanın and içmiş düşmənidir. Hər tərəfdən çalışar ki, onu yolundan azdırsın. Şeytandan xilas olmağın yolu isə şeytanı kifayət qədər tanımaq, iman və nəzarət yolu ilə mümkündür.

Həzrət Peyğəmbər (s) buyurur: “Heç bir əməl niyyətsiz qəbul olunmaz və bütün əməllər niyyətlə hesaba çəkilər”.

İxlaslı olmaq üçün Allah Təalaya İmam Səccad (ə) kimi dua edək və deyək: “Allahım! Bütün bunları (əməllərimi) riyakarların riyasından xalis et ki, kimisə Sənə şərik etməyim və Səndən başqa muradı seçməyim”
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri