Qiyamətin Əlamətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 735
Səs ver:
(səs: 1)
Qiyamətin əlamətləri!
-Əxlaqsızlıq, pozğunluq açıq olmadan, qonşular pisləşmədən, xainlər əmin, əminlər xain sayılmadan, qohumluq əlaqələrində soyuqluq olmadan qiyamət qopmaz! (İ. Ahmed)
- İnsanlarda paxıllıq artar və qiyamət pislərdən başqası üzərinə qopmaz! (İ.Neccar)
- And içirəm ki, paxıllıq, pozğunluq meydana çıxmadıqca, əminə xəyanət edilib, xainə güvənilmədikcə, yaxşılar həlak olub, pislər qalmadiqca qiyamət qopmaz! (Hakim)
- Yağışın bərəkəti qaldıqca qiyamət qopmaz! (Ebu Ya’la)
- Yer üzündə Allah diyən müsəlman qaldıqca qiyamət qopmaz! (Müslim)
- Elm qalxmadıqca, zəlzələlər çoxalmadıqca qiyamət qopmaz! (Buxari)
- Mal çoxalıb artmadıqca qiyamət qopmaz! Belə ki, zəkat veriləcək kimsə tapılmaz! Birinə zəkat təklif edilərkən “Mənim buna ehtiyacım yoxdur” deyecək! (Buxari)
- Müsəlmanlar Yəhudilərlə savaşmadıqca, daşlar belə “Ey müsəlman, arxamda gizlənən yəhudini öldür!” demədikcə qiyamet qopmaz! (Buxari)
- Yetmiş dənə PEYĞƏMBƏRƏM deyən yalançı çıxmadıqca qiyamət qopmaz! (Teberani)
- Livata (mavilik) mübah (ne savab, ne günah) sayılmadıqca qiyamət qopmaz! (Deylemi)
- Qiyamət qopmadan 100 il əvəl Yerdə Allaha ibadət edən qalmaz! (Hakim)
- Zəlzələ, fitnə, qatillik artmaıqca qiyamət qopmaz! (Buxari)
- Qardaşlar fərqli dinlərdən olmadıqca qiyamət qopmaz! (Deylemi)
- Pislər dünyaya hakim olmadıqca qiyamət qopmaz! (Tirmizi)
- Vəhşi heyvanlar insanlarla danımadıqca qiyamət qopmaz! (Tirmizi)
- Bir zaman gələcək ki, insanlar yalnız pulu düşünüb halal və haramını düşünməyəcəklər! (Buxari)
- Rüşvət hədiyyə adı altında verilecək, gözdağı üçün günahsızlar öldürüləcək! (İmam Gazali)
- Məndən bir hədis söylənincə “Rasulullah (sas) belə söyləməz, hədisi burax Qurana bax!”deyərək məni yalanlayanlar çıxacaq! (Ebu Ya’la)
- Qurandan başqa dəlil qəbul etmərəm deyənlər çıxacaq! (Ebu Davud)
- Kafirləri pisləmək üçün gələn ayələri müsəlmanları pisləmək üçün istifadə edəcəklər! (İbni Ömer)
- Sünnət bidet kimi çirkin, bidet sünnət kimi rəğbət qazanacaq! Sünnətə uyan qərib olacaq, yalnız qalacaq, bidete uyan çox yardımçı tapacaq! (Şir’a)
- Mesçidlərdə mindən çox insan namaz qılacaq, içlərində mümin olan olmayacaq! (Deylemi)
- Sonra gələnlər, öncəki alimləri cahillikdə günahlandıracaq! (İbni Asakir)
- Din alimi qalmayacaq, din adamı yerinə keçirilən cahillər bilmədən fetva verəcək, hərkəsi doğru yoldan çıxarmağa çalışacaq! (Buxar)
- Din adamları xalqın istədiyi yöndə fetva verəcək, halala haram, harama halal deyəcəklər, dini ticarətə, mənfəətə alət edəcəklər! (Deylemi)
- İnsan dinini və həyatını ancaq pul ile ayaqda tuta biləcək, qızılı, gümüşü olmayan rahatlıq tapmayacaq! (Taberani)
- Həccə hökümdarlar gəzmək, varlılar ticarək, kasıblar dilnmek, dindarlar göstəriş üçün gedəcəklər! (Hatib)
- Anarxiya, ölüm çoxalacaq! (İbni Mace)
- Çalğı hər yerdə çalınacaq, güvənlik işçiləri çoxalacaq! (Beyheki)
- Hər əsr əvvəlkindən pis olacaq və beləcə pozula-pozula gedəcəklər! (Hadika)
- İnsanın bütün qayğısı mədəsi olacaq, şərəfi mal, qibləsi qadın, dini pul olacaq! (Sülümi)
- İnsanlar təmizlikdə həddən artıq ciddi olacaqlar, vəsvəsə edib dində həddi aşacaqlar! (Ebu Davud)
- Müxtəlif adlar altında şərablar çıxacaq, halal sayılacaq! (İmam Ahmed)
- Ortalıq qarışacaq, dində olmaq əldə alov tutmaq qədər çətin olacaq! (Hakim)
- İt saxlamaq övlad yetişdirməkdən daha cazibəli, maraqlı olacaq! (Hakim)
- Pis qadınlar çoxalıb zina bir topluluqda yayılarsa, xalq əvvəllər görülməmiş yoluxucu xəstəliklərə məruz qalar! Ölçüdə aldadar, hilə edərsə yaşayış çətinləşər! (Beyheki)
- İşlər əhli olmayana veriləcək! (Buxari)
- Varlıya malına görə təzim ediləcək, pozğunluq ediləcək, biclər çoxalacaq! Böyüyə hörmət, kiçiyə mərhəmət edilməyəcək...! (Hakim)
- Lutilik (homointimuallıq) mübah (ne günah, ne savab) sayılmadıqca qiyamət qopmaz! (Deylemi)
- Kişi yol kənarında qadınla cinsi əlaqədə olacaq! (Hakim)

--------------------------------------
- İçki çox içilər!
- Zəkat verilməz!
- Cihad tərk edilir!
- Gənclər fasiq olur!
- Yaxşılığa mane olunar!
- Kişilər ipək geyinər!
- Qonşuluq pisləşər!
- Günaha cəlb artar!
- Çalğı alətləri çoxalar!
- Cansızlar danışar!
- Əmanətə riayət qalxar!
- Hər yerdə çalğı çalınar!
- Adam öldürmək çoxalar!
- Faiz aşikar olar!
- Zinadan doğulan uşaqlar çoxalar!
- Alçaqlar söz sahibi olar!
- Alimlərdə zərrə qədər iman olmaz!
- Hamıya yaxşılıq edən müsəlman axmaq sayılar!
- Məsçid və toplantılarda fasiqlərin səsi ucalar!
- Xanıma uyub anaya üsyan edilər!
- Dinə uymaq, gözəl əxlaqlı olmaq ayıb sayılar!


Haqq olan qiyamət!
Nədir qiyamət?!
Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
Sur birce defe üfürüleceyi;
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
Və (göy) süst düşüb parçalanacaqdır!
Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rebbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəceyimə (möhkəm) inanmışdım!"
Bundan belə o, xoş güzəran içində,
Yüksək bir Cənnətdə olacaqdır.
(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minler onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
(Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!"
Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə verilməyəydi!
Hesabımın nə olduğunu bilməyəydim!
Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
Mülküm (səltənətim) də məhv olub getdi!"
(Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!
Sonra da Cəhənnəmə atın!
Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
Çünki o, böyük olan Allaha inanmırdı.
O (özü zekat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
İrindən başqa bir yeməyi də yoxdur.
Onu ancaq günahkarlar yeyər!"

(1-3, 13-37,Haqq olan qiyamət surəsi)
And içirəm qiyamət gününə;
And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deye) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
Məgər insan elə güman edir ki, (qiyamet günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?" - deye soruşar.
Göz (heyrətdən) bərələcəyi;
Ay tutulacağı;
Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbden çıxacağı, nurunun gedəcəyi) zaman -
Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" - deyəcəkdir.
Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
O gün (ey insan!) duracaq (penah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!

(1-12, Qiyamət surəsi)

 

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 9 735
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri