ALLAHIN vacib buyurduğu ibadət haqqında(ətraflı)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 147
Səs ver:
(səs: 2)

 

Allaha ibadət haqqında

 

Güvənirik Allah ilə şeytandan-müaciət etmişdən!

 

İsmi ilə Allahın-Rəhmanın,Rəhimin!

 

Allahın salamı ,sülhü ,əminamanlığı olsun iman gətirib əməllərini islah edən bütün bəndələrin üərinə bu gündən axirətin gününəqədər və sonra!

 

Allahın lənəti olsun Allahın düşmənlərinin üzərinə vəinananların düşmənlərinin üzərinə bu gündən axirətin gününə qədər və sonra! AMİN!

 

Əziz qardaşlar! Bu yazı Allahın Quranda vacib buyurduğu ibadət haqqında olacaqdır.

 

Haqqı və doğru yolu axtaranları düşündürən "İbadət etmək vacibdirmi"? "Allaha ibadəti necə edilməlidir" sualına Allahın Öyrətməsi ilə Qurana istinad edərək cavab verəcəyəm. İNŞƏALLAH!

 

Nəyə görə Qurana istinad edəcəyəm. Çünki bu Quran haqdır. Allahdan başqasının yanından gəlmiş bir iftira deyil .Allah Özü Qurana tabe olmağı deyir "Yunis" surəsinin 37-ci ayəsi (Bu Qur’an Allahdan başqasının yanından gəlmiş iftira deyil. Lakin təsdiq edir əllərində olanı vəAllahın hökmlərini təfsil edən kitabdır ki, yoxdur şübhə onda, aləmlərin Rəbbindəndir! )

 

"Bəqərə" surəsi 2-ci ayəsində Allah Quranda şübhə olmadığını və Allahdan qorxanlar üçün düz yol olduğunu deyir (Bu kitab – yoxdur şübhə onda hidayətdir müttəqilər üçün)

 

"Ənam" surəsi 155-ci ayəsində Qurana tabe olmağı Allah Hökm edir. (Bu, nazil etdiyimiz mübarək kitabdır, tabe olun ona və təqvalı olun, ola ki, sizə rəhm olunsun!)

 

"Muhəmməd" surəsi 2-ci,3-cü ayələrində Allah Məhəmməd ə.s üzərinə nazil etdiyi kitaba tabe olmağı deyir Ondan başqalarına tabe olamamağı deyir (Və o kəslər ki, inanırlar və əməlləri islahatdır və inandılar, nə ilə ki, nazildir üzərinə Muhəmmədin və o haqdır Rəblərindən onların, O örtər üstünü pis günahlarının və islah edər onları. (3).Bu, ondan ötrüdür ki, həqiqətən, o kəslər ki, kafirdirlər, tabe oldular batilə və o kəslər ki, inandılar, tabe oldular Rəblərindən olan haqqa. Belə zərbə vurur Allah insanlar üçün onların məsəllərini!)

 

Doğru yola Quran aparır. 17-ci surə "İsra" surəsi 9-cu ayəsində Allah Quranın həqiqətəndə doğru yola hidayət etdiyini deyir (Həqiqətən, bu Qur’an hidayət edir ona ki, doğrudur və bəşarət verir inananlara – o kəslərə ki, saleh əməllər edirlər ki, onlar üçün böyük əcr var)

 

Əziz qardaşlar! Haqq və doğru yola Quran aparır. Quran ilə yolunuzu tutub gedin. Allah Quranı bütün insanlar üçün bir Nur olaraq nazil edib ki onunla gedək.("Nisa" surəsi 174-cü ayə,"Ənam" surəsi 122-ci ayə )

 

"Nisa surəsi 174-cü ayə Ay insanlar! Əlbəttə, gəlir sizə bürhan Rəbbinizdən və nazilimiz tərəfinizə nurnan aşkar.

 

"Ənam" surəsi 122-ci ayə Ə, ya kim ki, meyyit idi və Biz onu diri edib və onun üçün nur etdik ki, onunla insanlar arasında yol gedə, məsəldə o kəs kimidir ki, zülmətdə qalıb və ondan xaric ola bilmir? Beləliklə, zinət verilmiş oldu kafirlər üçün əməlləri!

 

Bütün dəlillərin Quranda olduğunu biləndən sonra nəyə görə Allaha ibadət etməməliyik?

 

Allah cin və insanları Allaha ibadət etmək üçün yaradıb. İnsanlar isə Allahın itaətindən çıxıblar."Zaryad surəsi 56-cı,57-ci,58-ci ayələrinə diqqətlə fikir versək görərik ki, Allah bizdi nə üçün yaratdığını deyir.((56).Mən xəlq etdim cinləri və insanları ancaq Mənə ibadət etməkdən ötrü. (57).Mən istəmirəm onlardan ruzi və istəmirəm ki, Mənə təam versinlər. (58).Həqiqətən, Allah – O ruzi verəndir, mətin qüvvət sahibidir! ) "Bəqərə" surəsinin 21-ci ayəsində Allah bütün insanların Allaha ibadət etməsini deyir (Ay insanlar! Ibadət edin Rəbbinizə – Odur ki, xəlq etdi sizi və o kəsləri ki sizdən qabaq var idilər, ola ki, təqvalı olasınız.)

 

"Furqan surəsinin 77-ci ayəsində Allah deyir -De: «Əgər ibadət etməyəsiniz, Rəbbim çağırışlarınızı qəbul etməz. Fəqət siz yalan saydınız və indi sizin üçün qaçılmaz olacaq». Allaha ibadət etməklə Allah bizim dualarımızı qəbul edər.

 

"Ğafur"surəsinin 60-cı ayəsində Allah deyir təkəbbürlük etməyin Məni çağırın Məndə sizin çağırışınıza cavab verərəm (Dedi Rəbbiniz: «Çağırın Məni, Mən cavab verərəm sizə. Həqiqətən, o kəslər ki, təkəbbürlüdürlər Mənim ibadətimdən, daxil olacaqlar cəhənnəmə həmişəlik olaraq!»)

 

Ay insanlar ! Mən sizləri Əbədi diri olan Allaha tərəf qayıdaraq yalnız Ona ibadət etməyə çağırıram.Nə qədər gec deyil Allaha tərəf qayıdın səmimi qayıtmaqla. Allah qyıdışları qəbul edir. Allah Özü Özünə Rəhimli olmağı yazıb "Ənam" 6-cı surə (12).De: «Kim üçündür nə ki, səmalarda və ərzdə?» De: «Allah üçündür! Yazdı üzərinə Nəfsinin rəhməti. Cəmləyəcək sizi tərəfinə günü qiyamətin, yoxdur şübhə onda! O kəslər ki, xəsarətlidir nəfslərinə və onlar deyil möminlər! Həmd, Tərif, Saya salınmaq, Ucua tutulmaq ALLAH ÜÇÜNDÜR RƏBBİDİR ALƏMLƏRİN !


Redakte etdi: PRETTY_GİRL


(səs: 2)
Şərhlər: 1
Baxılıb: 6 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri