Peyğəmbərimizin (s.a.v) əxlaqı

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 1612
Paylaş:
Səs ver:
(səs: 0)

Peyğəmbərimizin (s.a.v) əxlaqı

 Bismillahir-rəhmanir-rəhim!

Ən gözəl əxlaqa sahib olub, yüzillər boyunca, dost və düşmən, hərkəsin üzərində birləşdiyi tək bir insan vardır:
Peyğəmbərimiz Hz. Məhəmməd sallALLAHu əleyhi vəsəlləm, yani qisaca (s.a.v)
O, yer üzündəki məqsədini, "gözəl əxlaqı tamamlamaq" olaraq ifadə edirdi. Onu ən son elçisi olaraq insanlığa göndərən Böyük ALLAH da, Peyğəmbərimiz də (s.a.v) bizim üçün "ən gözəl" örnəyin olduğundan xəbər verir.
Bizlər Peyğəmbər sallALLAHu əleyhi vəsəlləmin həyatını oxumaq, sünnəsinə uyğun gəlməklə, onun izlədiyi yolu izləməklə ALLAHa ibadət etmiş oluruq. Beləliklə, uca Rəbbimizin (c.c) o şərəfli Rəsulu (s.a.v) sevməmizi fərz edən əmrini yerinə yetirmiş olacağıq. Onu sevməmizin ən əhəmiyyətli əlamətlərindən biri də verdiyi əmrlərdə ona itaət etmək, qadağan etdiyi və yaxınlaşılmamasını istədiyi məqamlardan qaçmaqdır. 
Təhsilimizdə gözəl örnəklərin nə qədər önəmli olduğunu hamımız bilirik. Böyüklər öz yaşayışlarında nə qədər yaxşı örnək olurlarsa, kiçiklərin yaxşıya və gözələ yönəlməsi o qədər asand və rahat olur. Gözəl örnək olmaq və gözəl örnəkləri tanımaq, gəncliyində edəcəyi ən böyük xidmətlərdən biridir. Uşaqlarınızın və gənclərimizin örnək ala biləcəklıri ən mükəmməl insan Peyğəmbərimizdir (s.a.v).
Peyğəmbərimizin (s.a.v) əxlaqını rahatlıqla özümüzə örnək ala bilərik, təqlid edə bilir, əxlaqımızı gözəlləşdirə bilərik.
Peyğəmbərimizin (s.a.v) əxlaqını nə qədər öyrənərsək həyatda o qədər başarılı olar və mükəmmələ sahib ola bilərik.
Hər kəs ALLAHa və Peyğəmbərinə itaət edərsə, ALLAH onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (mö’minlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs ALLAHa və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (ALLAH da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.(Nisa, 4/13-14)



loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1612
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook