İmanını Gücləndirmək Üçün Bu Yeddi Nəsihətə Tabe Ol!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 150
Səs ver:
(səs: 2)

 

İmanını gücləndirmək üçün bu yeddi nəsihətə tabe ol!

1.Namazı vaxtında qıl. Çünki namazı vaxtında qılmaq səni Allaha yaxınlaşdıran əməllərdən biridir: "Ən fəzilətli, ən üstün əməl hansıdır?” Dedi (səlləllahu aleyhi və səlləm): "Vaxtında qılınan namazdır”. Səhih əl-Buxari.
2.Qurani Kərimdən asan gələn ayələrdən bir az oxu! "Quran öz sahibinə deyəcək: "Oxu və yüksəl! Bu dünyada aram-aram oxuyub yüksəldiyin kimi axirətdə də yüksəl. Sənin mənzilin ən axırıncı ayədədir. Onu oxu və onunla yüksəl!”. Hədis səhihdir.
3.Allahı zikr elə və yaxud da bir saatda beş dəqiqə Allahı zikr elə. Subhanallah, Əl-Həmdülillah, Lə-ilahə illallah, Allahu Akbar. Allah təala "Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (Əhzab surəsi 35-ci ayə).
4.Hər gün Allaha dua edərək ona təvəkkül etmək vacibdir. "İnsanların ən acizi Allaha dua etməkdə aciz olandır”. Səhih əl-Cəmiu.
5.Pis dostları tərk et!
6.Allah Rəsulu səlləllahu aleyhi və səlləmə hər gün səhər və axşam ən azı 10 dəfə salavat, yəni salam çatdır. Həmçinin hər gün səhər və axşam 100 dəfə və ya daha çox Allahdan bağışlanma istə və günahlarına görə tövbə edib, istiğfar dilə. Bağışlanma dilə!
7.Əgər gücün çatırsa hər həftənin 1-ci və dördüncü günü, hər hicri ayının 13-14-15-ci günləri əlavə, nafilə olaraq oruc tut!
Ya Rəbbimiz! Bizi saleh, yaxşı əməllərə müvəffəq elə və bizim etdiyimiz yaxşı, saleh əməllərimizi bizdən qəbul elə! Amin! Amin! Amin!

 

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 4 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri