Əxlaqi incəlik

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 1 969
Səs ver:
(səs: 5)

 Imam Sadiq (ə) buyurur:

"İstəyirsinizmi sizin üçün ALLAHın təyin etdiyi ən ağır və vacib məsuliyyətin nədən ibarət olduğunu açıqlayım?"
Sonra imam (ə) üzünü səbəblərə tutub buyurur: "Camaatla insafla rəftar etmək və onların hüquqlarını qorumaq".
Nəql olunmuş başqa bir hədisdə deyilir:
İmam Baqirin (ə) səhabələri onları maraqlandıran bir neçə sualı məktuba yazaraq Əbdül Əla adlı bir şəxs ilə Mədinəyə göndərirlər. Bu suallarla yanaşı onun imam Sadiqdən (ə) şifahi olaraq müsəlmanın öz müsəlman qardaşının üzərinə nə kimi hüquqa malik olması haqda soruşmasını da xahiş edirlər. Əbdül Əla deyir: Məktubu imam Sadiqə (ə) verib ondan müsəlmanların bir-birlərinin üzərində hansı hüquqa malik olmaları haqda soruşdum.
İmam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi. Sonra buyurdu:
"ALLAHın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:
   1. Ədalət və insafa riayət etmək. Belə ki, hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki, başqalarının da onunla eyni tərzdə etmələrini istəyir;
   2. Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir;
   3. Hər zaman ALLAHı xatırlamalı. Lakin bu heç də o demək deyildir ki, daim "subhalllah" və "əlhəmdülillah" deyərək zikr etməlidir. Xeyr. O, haramla qarşılaşdığı zaman ALLAHın onun gördüyü bütün işlərdən agah olduğunu yəqin edərək ondan uzaq olmağa çalışmalıdır".
Göründüyü kimi haqq-ədalətə, insafa rəayət etmək insanın üzərinə düşən ağır vəzifələrdən biri kimi göstərilir. Bunun üçün ilk növbədə insan öz nəfsi ilə mübarizə aparmalı və lazım gələrsə başqalarını özündən üstün tutmağı bacarmalıdır.
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 1 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri