Ey Adəm övladı!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 183
Səs ver:
(səs: 2)
Ey Adəm övladı! Hər gün açılanda sənə təzə ruzi göndərirəm. Amma gecə olanda məlaikələr sənin çirkin əməllərini Mənim yanıma gətirirlər. Həmişə xeyir işlər Məndən sənə nazil olur, şər işlər isə səndən Mənə tərəf gətirilir.
Ey Adəm övladı! Mənə öz ehtiyacınız qədər itaət edin, cəhənnəm oduna taqət gətirəcəyin qədər Mənə qarşı günah edin.Dünya üçün, onda qalacağınız qədər iş görün, axirət üçün isə orada dayanacağınız qədər azüqə götürün.
Ey Adəm övladı! Dünya məhəbbətini qəlbindən çıxart, çünki dünya məhəbbəti ilə Mənə məhəbbət bir qəlbdə bir yerə heç vaxt yığışmaz.
Ey Adəm övladı! Öz qəlbində qəsavət, daş ürəklilik hiss etdikdə, bədənin xəstə olduqda, mal-dövlətinə xəsarət dəydikdə, ruzində məhrumiyyət olduqda bil ki, faydasız sözlər danışmısan. 
Ey Adəm övladı! Uzun səfərin yolu üçün çox azüqə götür. Öz yükünü də yüngülləşdir. Çünki sirat (körpü) çox nazikdir. Əməllərini də xalisləşdir. Öz yuxunu qəbrə, fəxrini mizan gününə və ləzzətlərini behiştə saxla. Mənim üçün ol ki, Mən də sənin üçün olum. dünyanı xar hesab etməklə Mənim dərgahıma yaxınlaş ki, cəhənnəm odundan uzaqlaşasan.
Ey Adəm övladı! Hər gəmisi qərq olan və bir taxta parçasının üzərində dəryanın ortasında qalan şəxsin müsibəti sənin müsibətindən azdır. Çünki sənin günahlarına yəqinliyin vardır. Əməllərin hesabına isə şübhəsiz xətərdəsən. Bununla belə tövbə etmirsən!



(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri