İki qardaş...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 905
Səs ver:
(səs: 2)
İki müsəlman qardaş yaşayırdı, hansı ki, ALLAHa görə bir-birini çox sevirdilər və bir-birini lovğalıqda deyil, xoş işlərdə ALLAHın razılığını qazanmaq üçün yarışardılar..
Nə vaxt bir qardaş o biri qardaşın oruc tutduğunu bilərdisə, o 3 gün daha oruc tutardı, və bunu bilən digər qardaş yenə oruc tutduğu günlərin sayını artırardı.. Bunu bilən qardaş bir gündən bir oruc tutaraq qardaşını qabaqlayardı..
.. və hər dəfə onlar bir-birinin xoş işləri haqqında xəbər tutanda, onlar ALLAHın razılığı üçün daha böyük yaxşılıqlar etməyə çalışardılar..
Zaman yetişir müharibə başlayır..Cihad vaxtı gəlib çatanda qardaşlardan biri kafirlərə əsir düşür..Kafirlər ona işgəncə verən zaman isə qardaş göz yaşları tökərək gülməyə başlayır..
Bunu görən kafir qardaşa :
- Biz sənə işgəncə veririk sən isə gülürsən..Bu vəziyyətdə səni nə əyləndirir axı ?!
Qardaş cavabında:
- Nəhayət ki, mən qardaşımı qabaqladım, mən şəhid öləcəyəm inşALLAH! - dedi..
Kafir ona cavab verdi:
- Bu müsəlmanlıq haqda nədi başa düşə bilmirəm...Sən artıq ikinci müsəlmansan ki, hansı ki, eyni sözü olduğu kimi mənə təkrar dedi..

P.S.: Gəlin həmişə pis işlərlə deyil, yaxşı işlərlə bir-birimizi qabaqlayaq..
ALLAH xatirinə..ALLAH rizası üçün...

Redakte etdi: PRETTY_GİRL

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri