Əfv Etmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 469
Səs ver:
(səs: 0)


Cahiliyyə əxlaqını yaşayan bəzi insanlar bir-birlərinə qarşı asanlıqla hirslənə bilər, dərhal kin duya bilərlər. Özlərinə kiçik bir zərər verən birinə qarşı da dərhal nifrət duya bilərlər. Çox kiçik səbəblərdən ötrü dostluğuna son qoyan, 'ən yaxınım' dediyi dostuna bir anda düşmən kəsilən bir çox insan vardır. Bunun səbəbi Qur'an əxlaqı yaşanmadığında insanların əvf etmək, səbr, sevgi və üstün bir əxlaq tələb edən xüsusiyyətlərdən uzaq bir həyat sürmələridir. Halbuki möminlər çox səbrli və bağışlayıcıdırlar. Kiçik səhvlərdən, ya da insani qüsurlardan ötrü qarşılarındakı adama hirslənərək bir anda onlarla olan əlaqələrini bitirməzlər. Ona hər dəfə daha bir fürsət verər, doğru olanı xatırladar və davranışlarını düzəltməsi üçün kömək edərlər. Sevdikləri dostlarının əksiklərini ortaya çıxarıb onlara hirslənmək və kin duymaq yerinə, onların səhvlərini, əksiklərini kompensasiya etməyə çalışar, Qur'ana uyğun öyüd-nəsihət verərək dəstək olarlar. Əsl sevgidə dostlar arasında böyük bir anlayış və xoş münasibət hakim olar. Hər problem sevgi və anlayışla, rahatlıqla həll edilər. Allah Qur'anda insanlara bağışlayıcı olmaları lazım olduğunu belə nəsihət edir:


"Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir! (Nur Surəsi, 22)"
"... Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər! (Maidə Surəsi, 13)"
Qur'an əxlaqında bağışlayıcılığın sərhədi yoxdur. Yuxarıdakı ayədə möminlərə ardıcıl olaraq xəyanət gördükləri kəsləri də bağışlamaları əmr edilir. Bu inanca sahib olan bir adam bir insanın səhvi üzündən böyük zərərlərə uğrasa belə, bu insanı asanlıqla bağışlaya bilər. Arxasından mənfi danışan, özünə pislik etməyə çalışan və ya maddi zərərə düşməsinə səbəb olan bir insanı bağışlayaraq, əxlaqı ilə onun üçün gözəl bir nümunə ola bilər, onu özü üçün yaxın bir dosta çevirə bilər. Belə ki, böyük bir səhv etdikdən sonra bağışlanıldığını görmək möminin ruhunda özünü bağışlayan adama qarşı böyük bir məhəbbət və bağlılıq meydana gətirər. Allah bağışlayıcılığın həqiqi sevginin meydana gəlməsi üçün lazım olan xüsusiyyətlərdən biri olduğunu Qur'anda belə bildirir
"Yaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət Surəsi, 34)"

Redakte etdi: PRETTY_GİRL
 
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri