Səhər "Namaz"ının Əhəmiyyətləri...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 934
Səs ver:
(səs: 5)
Hz. Fatimə hələ süd əmməkdə olan Həzrəti Hüseyn xəstələndiyi üçün səhərə qədər yatmamışdı. Övladının inləyişi qarşısında gözlərinə səhərə qədər yuxu girmədi. Hz. Hüseyn səhərə doğru bir ara yatar kimi olduğunda Hz. Fatimə tapdığı ilk fürsətdə kainatın sahibinə yönələrək səhər namazını yerinə yetirmişdi. Özünü çarəsiz buraxan yuxuya ancaq bundan sonra vaxt ayıra bilmişdi.
Sonra məscidi şərifdə səhər namazını etdirən Peyğəmbər Əfəndimiz adəti üzrə onun evinə təşrif edib.Həzrəti Fatimə Anamızı yatar vəziyyətdə görüncə onun səhər namazını etmədiyini sandı.
- Ey qızım Fatimə Peyğəmbər qızıyam deyə əsla namazı tərk etmə! Məni haqq peyğəmbər olaraq göndərən Allaha and içərəm ki, namazını vaxtında etmədikcə cənnətə girəcəyini zənn etmə deyərək namazın heç bir şəkildə laqeydlik edilə bilməyəcəyini ifadə etdi. Buna qarşılıq Hz Fatimə:
- Canım atacığım səhərə qədər yatmadım Səhər namazını edib yatdım. O zaman Əfəndimiz sevimli qızını belə müjdələdi:
- Müjdələr olsun sənə qızım! Axirətdə belə çətinliklər görməyəcəksən.
Amin rəbbim əfəndimizin duasına layiq etsin bizləridə Hz. Fatimə kimi şərəfləndirsin
Aləmlərə Rəhmət Həzrəti Məhəmməd (sav) bir hədisi şəriflərində belə buyurmaqdadır.
"Səhər namazını edən kimsə Allahın himayəsindədir. Diqqət yetir ey Adəmoğlu! Allah şəxsən himayəsində olan bir mövzuda səni sorğuya çəkməsin." (Müslim Mesacid 261-262)
Allahın himayəsi altında olmaq dünyada və axirətdə Onun qoruma və təminatı altında olmaq deməkdir. Himayə olunanında, himayə edənə qarşı məsuliyyətləri vardır. Allaha verdiyi sözləri yerinə yetirməsi qulluq vəzifəsinin gərəyi olan davranışlarda olması əks halda bu mövzuda hesaba çəkiləcəyi Peyğəmbərimiz tərəfindən xatırladılmışdır.
Səhər namazını zamanında etmək Müsəlmanlar üçün çox əhəmiyyətlidir. Səhər namazı vaxtı; ruzilərin bölünmə edildiyi, duaların qəbul edildiyi, rəhmət və bərəkətin ən sıx olduğu, gərək ruh və gərək bədən sağlamlığı baxımından ən mühüm bir zaman dilimidir. Yuxunun da ən dərin bir zamanı olduğundan qalxıb etmək savab baxımından da bərəkətlidir.
Rəsulullah buyurur ki: "Münafiqlərə səhər ilə şam namazlarından daha ağır gələn heç bir namaz yoxdur. İnsanlar bu iki namazda nə qədər çox əcr və savab olduğunu bilsədilər iməkləyərək də olsa camaata gəlirlər idi" (Buxari Mevakit 20- Müslim Mesacid 252)
Həzrəti Xədicədən rəvayət olunan hədisi şərifdə Rəsulullah (sav) belə buyurmuşdur.
"Səhərin fərzindən əvvəl qılınan iki rükət sünnə dünya və dünyadakı hər şeydən daha xeyirlidir. "(Müslim)
Səhər namazının iki rükətlik sünnəsində Peyğəmbərimiz(sav) Fatihədən sonra Kafirun və İxlas surələrini oxuyardı.
Səhər namazını camaatla etmənin də digər namazlara görə əhəmiyyəti çoxdur. Bu mövzuda da Bu hədisi şərif çox mənalıdır.
"Şam namazını camaatla edən kimsə gecə yarısına qədər namaz qılmış kimidir. Səhər namazını camaatla edən kimsə isə bütün gecə namaz qılmış kimidir."(MüslimMesacit 260)
Rəbbim namazlarımızı layiqiylə yerinə yetirənlərdən edənlərdən və namazlarımızı qəbul edilənlərdən etsin AMİN..


(səs: 5)
Şərhlər: 2
Baxılıb: 9 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri