Ərə Qayğı və Evdarlıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 603
Səs ver:
(səs: 2)
Dolanışıq məs’uliyyətinin kişinin üzərinə düşməsinə qarşılıqlı olaraq bir me’yar da vardır ki, qadına aiddir və bu ərə qayğı, evdarlıq, tərbiyə məsələsidir. Əlbəttə, həyat yoldaşına qayğı və tərbiyə müştərək vəzifədir. Ev işləri və ərə qayğı qadının mühüm vəzifəsidir. Övlad tərbiyəsi də ananın üzərinə düşür. Ona görə də həyat yoldaşı seçilərkən qadın üçün me’yarlardan biri onun ərə qayğı, evdarlıq və övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır. Belə ki, onu nəyə isə də’vətə, nədənsə çəkindirməyə ehtiyac qalmamalıdır. Hətta qadının ərə qayğısı kişinin cihadi ilə yanaşıdır. («Vəsail» cild 14.) Bu sayaq hədislər qarşıda şərh ediləcək.
Digər bir rəvayətdə buyurulur: «Evlənmək üçün qızların ən yaxşısı başqa me’yarlardan əlavə onun ərə qayğı, evdarlıq və övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır». («Vəsail» cild 14.)
Bunlar o qədər mühüm me’yarlardır ki, onlara əməl etməklə övlad tərbiyəsi üçün şərait yaranır. Əlbəttə, dini göstərişlər bu qədər də yığcam deyil. Addım-addım, mərhələ-mərhələ göstərişlər verilir ki, cəmiyyətə sağlam, pak övladlar qədəm qoysun.


(səs: 2)
Şərhlər: 0
Baxılıb: 5 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri