Dərdsiz Dua Soyuqdur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 295
Səs ver:
(səs: 7)

Bir nəfər gecələri qalxar, Allaha əl açıb Ona dua edərdi. Bir gün şeytan ona deyir ki: "Ey Allahı çox anan insan! Bütün gecə "Allah” deyib çağırırsan. Heç sənə: "Buyur” deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qədər belə dua edəcəksən?

Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda ona belə deyirlər: "Özünə gəl, oyan. Niyə dua və zikri tərk etdin? Niyə usandın?”
O: "Buyur” deyə bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram”, -deyir.
Gələn Səs: "Sənin "Allah” deməyin, Onun "Buyur” deməsidir. Sənin yalvarışın Allahın sənin ruhuna ilham verməsi, önünü açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün kəməndidir. Sənin hər "Ya Rəbbim!” deyişinin altında Allahın "Buyur” deməsi var.
Qafilin, cahilin canı, ruhu bu duadan uzaqdır. Çünki ona "Ya Rəbbim!” deməyə icazə verilməmişdir. Onun ağzına da, dilinə də qıfıl vurulub. Müşkülə düşəndə ağlayıb sızlamasın deyə Allah ona dərd, ağrı, qəm, kədər verməyib.
Bunu başa düş ki, Allaha dua etməyə, O'NU ÇAĞIRMAĞA SƏBƏB OLAN DƏRD dünya səltənətindən daha yaxşıdır.
"... Allahın üzərinizdəki fəzli və rəhməti üzərinizdə olmasaydı, şübhəsiz ki, azınız xaric şeytana uyardınız. (Nisa Surəsi, 83)"
Bu dünya imtahan dünyasıdir. Allah (C.C) qulunu imtahan edir. Ancaq bu imtahanlar hər bir kəsin Cənabi-Haqqın qatındakı yerinə görə dəyişir. Möminin isə bu imtahanda istifadə edəcəyi iki silahı var. 
SƏBİR və DUA... 
Səbir və dua hər cür müsibətin öhdəsindən gəlir. Və unutmamalıyıq ki, Allah quluna gücü çatmayan yükü yükləməz. Bunu da bilməliyik ki, Allah sevdiyi qulunun duasını eşitmək üçün ona sıxıntı verər. Əgər Allahın qatında dəyəri olan bir qul, Allah rızasını, sevgisini qazana bilən bir qul O'na dua edərsə, Allah(C.C) Cəbrayıla (Ə.S) "bu qulumun istəyəni bir az gec ver, Mən onun duasını eşitmək istəyirəm" -deyər, O'na heç dua etməyən, bir dəfə də olsun Rəbbini yada salmayan qulunun istədiyi, ehtiyacı olan şeyi isə Cəbrayıla (Ə.S) tez verməsini əmr edər. Onun dua etməsini istəməz (dua etməsinə icazə verməz)... Yəni, burada bunu düşünməliyik ki, əgər bir sıxıntımız varsa çoxlu dua etməliyik, çünki ürəkdən, səmimiyyətlə edilən duayla Rəbbimiz bütün rəhmət qapılarını üzümüzə açar və hətta dua qədəri belə dəyişər... 
Allah (C.C) səmimi bir şəkildə O'na yönələn qullarının dualarını qəbul edər... Onları əsla darda qoymaz...
Ancaq mömin sadəcə çətinlik anında deyil, xoşbəxt və sevincli günlərində də Allaha dua etməli və O'nun qapısından bir an olsa belə ayrılmamalıdır!
‘’Qullarım məni səndən soruşsalar, Mən (onlara) yaxınam, Dua edib Mənə yalvaranın duasını qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər."
Bəqərə surəsi 186.ayə
"...Allahın rəhmətindən ümid kəsməyin, çünki kafirlər topluluğundan başqası Allahın rəhmətindən ümidini kəsməz."
Yusuf surəsi 87.ayə




(səs: 7)
Şərhlər: 1
Baxılıb: 5 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri