+++++++++++++++++++++++Hz. Əlidən Nəsihətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 396
Səs ver:
(səs: 0)

Həzrəti Əlinin ən qalıcı və zamanımıza qədər gələn ən gözəl öyüd və nəsihətləri oğulu Həzrəti Həsənə verdiyi nəsihət edərdir

Ey oğul! Hər şeyi ALLAHdan istə..

Yerin və göylərin içində olan hər şeyi əlində tutan Şəxs, sənə özündən istəmək və dua etmə neməti verdi. Duana razılıq edəcəyinə də söz verdi. Sənə bir şey verməsi üçün özünə dua etməyini əmr etdi. Ondan rəhmət dilə ki sənə rəhmət etsin. O, səninlə Özünün arasına bir pərdə qoymadı və səni qorumaq üçün başqasına təslim etmədi. 

Ey oğul! Tövbəni Gecikdirmə..

Bir pislik işlədiyin zaman Ona dön və tövbə et/ət. O, özünə döndüyün üçün səni ayıblamaz. İşlədiyin günahın cəzasını verməkdə tələsik etməz. Etdiyin günahı başqalarına bildirməz. Tövbə faktoru da məcbur etməz. Günahları nə üçün işlədiyin haqqında səninlə münaqişə etməz. 

Ey oğul! Allahın rəhmətindən ümidini kəsmə 

Allahın rəhmətindən ümidini kəsmə. Ancaq O, günahdan dönməyi savabla mükafatlandırar. Pisliyin qarşılığım bir, yaxşılığın qarşılığın da on misli qəbul edər. 

Sənə dönmə və tövbə qapısını açıq buraxdı. Ona xitab etsən xitabını eşidər, içindən bir şey istəsən, nə istədiyini bilər. O, gizlini açıq olan şey kimi bilər. İstədiyini ərz
etmədən, içini Ona tökmədən dərdlərini və çətinliklərini bildirmədən O bilər. İşlərində müvəffəq olmaq üçün Ona sığın. 

Salam və Dua ilə..


Redakte etdi:
PRETTY_GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 396
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri