+++++++++++++++++++İnşallah

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 580
Səs ver:
(səs: 0)

Qurani-Kərimdə buyurulur: "Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!" – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)" – de." (Kəhf surəsi, 24)

"İnşallah" əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi əmələ gətirmək üçün bütün səbəbləri əmələ gətirəcəyəm və əgər Allah istəsə söz verdiyim şey baş verəcək.

"İnşallah" sözünün üzərinizə qoyduğu vəzifə əhd bağladığınız işlə əlaqədar mümkün olan bütün səbəbləri əmələ gətirməkdən ibarətdir. Əgər əmələ gətirmirsinizsə, deməli, "İnşallah" sözünü sadəcə dildə iqrar etmisiniz, yəni əməldə onu göstərməmisiniz. Bu isə möminə xas olan xüsusiyyət deyil.

Siz səbəbləri əmələ gətirmisinizsə və gözlənilməz bir hadisə üzündən söz verdiyiniz işi yerinə yetirə bilməyirsinizsə, bu zaman Allah verdiyiniz sözün məsuliyyətini üzərinizdən götürür.

Bu əhdin məsuliyyətini başa düşə bilməmiz üçün İslam Peyğəmbərinin (s) bu kəlamına diqqət yetirməmiz kifayət edər "Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur"!


Redakte etdi:
PRETTY_GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri