+++++++++++++++++++++++Bağışlayıcı Olmaq....

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 046
Səs ver:
(səs: 0)

" Əlbəttə, hər kəs səbr edib bağışlasa, bu çox bəyənilən əməllərdəndir" (Şura Surəsi, 43)

Quranda tövsiyə edilən gözəl əxlaq xüsusiyyətlərindən biri də "bağışlayıcı olmaqdır":

Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər.(Əraf Surəsi, 199)

Bir başqa ayədə Allah, "...bağışlasınlar və xoş görsünlər. Allahın sizi bağışlamasını istəmirsiniz? Allah, bağışlayandır,rəhm edəndir." (Nur Surəsi, 22) şəklində buyurmaqdadır.
Quran əxlaqından uzaq yaşayan kəslər üçün bağışlamaq son dərəcə çətindir. Çünki edilən bir səhv qarşısında dərhal hirsə qapılarlar. Ancaq Allah möminlərə bağışlamanın daha gözəl bir davranış olduğunu bildirmişdir:

Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs bağışlasa vəbarışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz...(Şura Surəsi, 40)

...Yenə də əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah bağışlayandır, rəhm edəndir! ... (Təğabun Surəsi, 14)

Quranda "Kim səbr edər və bağışlasa, şübhəsiz bu, əzmə dəyər işlərdəndir." (Şura Surəsi, 43) ayəsiylə də bağışlamanın üstün bir əxlaq xüsusiyyəti olduğu xəbər verilməkdədir. Bu səbəbdən möminlər bağışlayıcı, mərhəmətli, xoşgörülü davranarlar və Quranda bildirildiyi kimi onlar, qəzəblərini udar, insanların günahlarından keçərlər."... (Ali İmran Surəsi, 134)

Redakte etdi: PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri