++++++++++++++++++++++"Qurani-Kərim"də Rəhmət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 266
Səs ver:
(səs: 0)

1. Qurani-kərim insanların inkişaf mayası, dünya və axirət çətinliklərindən qurtuluş səbəbi olan

peyğəmbərliyi Allahın mərhəməti sayır. Allah istədiyini bu məqama seçir.

Bu əzəmətli məqamı varlıq üfüqündən ləyaqət əsasında parladır, 

peyğəmbəri bu məqam sayəsində vəhyin elanına, xalqın hidayətinə vəzifəli edir: 

"Allah istədiyini öz rəhmətinə çatdırır. Allah böyük fəzl sahibidir.”

2. Quran xüsusi ilə qisas və diyə bəhsində bir rəhmət olaraq vəzifələri yüngülləşdirir: 

"Bu (hökm) Rəbbiniz tərəfindən asanlaşdırma və bir rəhmətdir...”

3. Qurani-şərif gözəl əxlaq, xoş rəftar, dostluq, müdaranı öz mərhəməti sayır: 

"(Ey peyğəmbər) Allah tərəfindən rəhmət olaraq onlarla xoş davran...”

4. Qurani-məcid Qiyamətdə əzabdan uzaqlığı və ondan qurtuluşu ləyaqəti olanlar üçün rəhmət sayır:

"Həmin gün əzab kimdən uzaqlaşdırılsa, hökmən, Allah ona rəhm etmişdir və budur aşkar ləzzət.”

5. Qurani-məcid haqqın rəhmətinə etiqad və diqqəti günhakarlar üçün ümid yeri, 

tövbəyə təşviq qərar vermişdir. Peyğəmbərə elan olunur ki, xalqı Allahın rəhmətinə inandırsın, 

nadanlıq səbəbindən günaha yol verən insan peşman olduqdan sonra tövbə edib özünü düzəldə bilsin,

Allahın rəhmətindən faydalansın. Çünki, Allah çox bağışlayan və mehribandır:

"Əgər ayələrimizə iman gətirənlər sənin yanına gəlsələr, de ki, salam olsun sizə, 

Rəbbiniz mərhəməti özünə vacib etmişdir. Sizlərdən hansınız nadanlıqdan pis iş görsə, 

sonra tövbə qılıb islah olsa (bağışlanar). Çünki o çox bağışlayan və mehribandır.”

6. Quran ilahi ayələrin bir çoxunda bəndələrinə rəhməti ilə tanıtdırılır:

"İndi sizin üçün Rəbbiniz tərəfindən aşkar dəlil, hidayət və bir rəhmət gəldi...”

7. 
Quran bir çox ayələrdə insanlara bəyan edir ki, əgər Allahın mərhəmətini istəməsəniz, 

ya özünüzü mərhəmətdə qərar verməsəniz, ya da Allahın mərhəməti sizi bürüməsə, 

varlıq sərmayəniz puça çıxar, bütün olanlarınız və əməlləriniz məhv olar. 

Beləcə, əbədi ziyana düşər, bədbəxt olarsınız:

"Əgər Allahın fəzl və rəhməti olmasaydı, şübhəsiz, ziyankarlardan idiniz.”

8. Hər bir insanı ilahi həqiqətlərə və mənəvi dəyərlərə yönəldən Quran mərhəmətin 

səbəbsiz olmadığını bildirir. İnsanın qurtuluş səbəbi, xoşbəxtlik sərmayəsi,

behiştə daxil olma səbəbi olan mərhəmət xeyir əməl sahiblərinin şənindədir:

"Şübhəsiz, Allahın rəhməti xeyir əməl sahiblərinə yaxındır.”

9. Qurani-məcid ilahi mərhəməti dünyada çətinliklərdən, sitəmkarların zülmündən

qurtuluş səbəbi kimi kimi təqdim edir: "(Əzab gələndə) onu və yoldaşlarını

öz tərəfimizdən mərhəmətlə xilas etdik. 

Onlardan ayələrimizi təkzib edib iman gətirməyənləri qırdıq...”

10. Qurani-həkim vücud tutumunu, qəlbigenişliyi, ruhun böyüklüyünü

ilahi feyzlərin təcəllası üçün səbəb sayır:

"Bəndələrimizdən elə birini tapdılar ki, ona öz 

tərəfimizdən rəhmət verib xüsusi elm öyrətmişdik.”

11. Qurani-məcid İslam peyğəmbərinin (s) müqəddəs

vücudunu aləmlər üçün rəhmət sayır:

"Səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.”

12. Qurani-kərim bahar nəsimi vasitəsi ilə ölmüş torpağın dirildilməsini,

bu yolla bitki aləmininin cücərməsini Allahın mərhəmət əsərlərindən sayır:

"Alahın rəhmət əsərlərinə düşüncə gözü ilə bax, gör ölmüş torpağı necə dirildir. 

Şübhəsiz, o ölüləri dirildəndir və hər işə qadirdir."

13. Quran hər bir mövcudda bir şəkildə cilvələnən ilahi rəhməti hamıya aid bilir. 

Hətta ən güclü mikroskoplarla görünməyən zərrələr də mərhəmət 

dairəsindən kənarda qalmır: "Rəhmətim hər şeyi əhatə etmişdir...”

14. Qurani-kərim Allahın mərhəmətindən ümidsizliyi kafir səciyyələrindən sayır: 

"Həqiqətən də, yalnız kafir insanlar Allahın mərhəmətindən ümidsizdir.”

15. Qurani-məcid Allahın rəhmətini bütün insanlar üçün var-dövlətdən, 

məqamdan, dünya matahından üstün bilir.

Ömrü var-dövlət toplamağa sərf etmək əvəzinə ilahi mərhəmət əldə etmək üçün

çalışmaq insanlar üçün üstündür: "Rəbbinin mərhəməti onların topladıqlarından üstündür.”

Redakte etdi:
PRETTY_GIRL
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri