++++++++++++++Dinimizdə Paxıllıq Və Sözgəzdirənlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 479
Səs ver:
(səs: 0)

Sizlərin ən pislərinin kim olduqlarını deyimmi? 

Dedilər buyur ey əziz Peyğəmbər! 

Həzrət buyurdu:-Söz gəzdirənlər,iki dostun arasında 

təfriqə yaradanlar və yaxşı insanların eyibini axtaranlar.

İki nəfər arasında söz gəzdirmək məqsədi ilə hərəkət edən şəxsə 

Allah təala qəbirdə elə bir od müsəllət edər ki,onu yandırar.

Qəbirdən çıxarkən böyük və qara bir ilan onun üstünə çıxar

və o şəxs cəhənnəmə daxil olana qədər onun ətini yeyər.

Meraca gedərkən bir qadın gördüm ki,başı donuz başı,

bədəni isə ulaq bədənidir,cürbəcür əzaba düçar olub.

Soruşdum ki,bu qadının işi nə olub?

Deyildi: Sözgəzdirmək,xəbərçilik və yalançılıq.

Allahın sevdiyi ən yaxşı iş insanın dilini saxlamasıdır.

Qəbir əzabına düçar olanın çoxu bu üç əmələ görədir: 


1.Xəbərçilik 2.Qeybət 3.Yalançılıq

Ümmətim üçün ən çox qorxduğum şey odur ki, 

var dövlətləri çoxala və həsəd üzündən bir-birlərini öldürələr.

Allahın nemətlərinin düməni vardır ki bunlar həmin

nemətlərin verildiyi insanlara paxıllıq edənlərdir.

İnsan nə qədər qocalsa belə iki xisləti onda qalır
: tamah və uzun arzu.

Paxıllıq və iman – ikisi 1 qəlbdə heç vaxt ola bilməz.

Allah taala cənnəti minnət qoyan,paxıl 

və sözgəzdirən insanlara haram etmişdir.

Qazana bilmədiklərimizi çalışıb qazanmaq yerinə paxıllıq çəkib,

sözgəzdirib ara vurmaqla cənnəti ititməyə dəyərmi?


Redakte etdi: PRETTY_GIRL
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 479
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri