Quran əxlaqında sadiqlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 279
Səs ver:
(səs: 4)
Bir insana qarşı sevgi duyulmasına səbəb olan əxlaq xüsusiyyətlərindən biri də "sədaqət"dir. Allah Quranda möminləri sədaqətlərindən ötrü mükafatlandıracağını bildirir. Bu səbəblə Rəbbimizin bəyəndiyi bu əxlaq xüsusiyyətini möminlər qeyd-şərtsiz tətbiq edirlər. Möminlərin bu xüsusiyyətini Allah bir ayəsində belə açıqlayır:
"Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!" (Əhzab surəsi, 24)
Möminlər ən çətin anlarda da Allaha və iman edənlərə olan sədaqətlərindən əsla qaçınmırlar. Allah Quranda Hz. Musaya (ə) tabe olan gəncləri nümunə göstərərək möminlərin bu xüsusiyyətinə diqqət çəkmişdir:
"Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Firon camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı. Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” (Yunus surəsi, 83-84)
İman edənlər və elçilər tarix boyunca öldürülmə, zənginlik və etibarın əldən alınması, böhtana uğrama kimi təhdidlər altında yaşamışlar. Həyatları boyunca bir-birlərindən ayrılmayan müsəlmanlar Allaha olan sevgiləri, qorxuları və bağlılıqları səbəbindən bütün bu təhlükələri nəzərə almış və bunlardan qorxmamışlar. Allaha olan bu qeyd-şərtsiz sədaqətləri möminlərin bir-birlərinə qarşı coşğulu sevgi duymaları üçün kafi bir səbəbdir. Allah Quranda möminlərin bu xüsusiyyətlərini belə xəbər verir:
"Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!" (Hucurat surəsi, 15)
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 4 279
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri