DUA Edərkən!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 599
Səs ver:
(səs: 1)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Heç biriniz – Allahım! İstəyirsənsə məni 
bağışla, istəyirsənsə mənə rəhm et!”– deyə dua etməsin. (Dua etdikdə) qəti olaraq istəyin.
(əl-Buxari 6239, Muslim 2679, Əbu Davud 1483, ət-Tirmizi 3497. )
1) Sanki bu insanın ALLAHın onu bağışlamasına ehtiyacı yoxdur. Belə bir kimsənin Tövhidi kamil olamz. Özünün ALLAHa ehtiyaclı olduğunu, kasıb olduğunu, zəlil olduğunu göstərməlirdir ki, ALLAH ona rəhm etsin. İnsan Ondan bir göz qırpımı belə ayrı qala bilməz. Sanki ALLAHın aciz olduğunu, kimdənsə qorxduğunu sanır. "İstəyirsən bağışla, qorxursansa bağışlama”. "Mənim elə də ehtiyacım yoxdur, istəyirsən bağışla”. Bu təkəbbürlük sifətidir. ALLAHdan bir şey istəikdə qətiyyətlə istə, utanma, çəkinmə, istə! ALLAH ondan istəyəni sevir. ALLAH varlıdır, biz isə kasıbıq. ALLAH verdikcə mülkündən azalmaz. Əksinə Ondan istənilməyəndə qəzəblənir. ALLAHdan bağışlanma diləmək isə daha üstündür.

2) ALLAHdan bir şey istədikdə qətiyyətlə istəmək lazımdır. İnsanlardan istədikdə kimisi vermir, kimisi ağız əyir, kimisi gecikdirir, minnət edir və s. ALLAH isə belə deyildir. Ondan istənilməyəndə qəzəblənir. Onun mülkü saya gəlməzdir. Bütün məxluqat Ona möhtacdır. Heç kəs ALLAHı bir şeyi etməyə məcbur edə bilməz. Sən belə dedikdə sanki zənn edirsən ki: "Bu işi etmək ALLAH üçün çətindir, sənə verə bilməz”. Bu da Tövhidin kamilliyinə ziddir. Bu hədis ALLAHı Onun əzəmətinə yaraşmayan nöqsanlıqlardan təmizləyir. Belə bir kimsə bu sözləri deməklə elə zənn edir ki, ALLAHı nə isə etməyə vadar edir. Belə deyənə ALLAHın onu bağışlaması sanki əhəmiyyətsiz olur. "İstəyirsənsə bağışla, istəyirsənsə yox”. 
Ona görə də Peyğəmbər (s.a.v) buyurur: ALLAHdan bir şey istədikdə ən yüksəyi ni (ən yaxşısını, böyüyünü) istəyin.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri