Bir Körpənin Hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 545
Səs ver:
(səs: 6)

 Günlərin bir günü Azərbaycan rayonlarının birində bir körpə dünyaya gəlir bu körpənin gəlişinə hami çox sevinirdi.Əsasda ana ve atası . Çünki bu balaca oğlanı neçə illər idi  ki, gözləyirdilər. Nəhayət 10 ilin həsrətindən sonra balaca şirin bir körpə ailəyə sevinc gətirmişdi .Xoşbəxt bir ailə olmuşdular illər sonra .Bu körpənin adını Yusif qoydular körpəni hamı çox istəyirdi. O, bibisinin sevimli balası, nənəsinin şirini idi .Ona çox diqqətlə baxırdılar  çox dəcəl olsada hamı cox istəyirdi onu.  Yusif yavaş yavaş böyüyürdü hər şey çox gözəl idi .Bir gün Yusifin anası ağrıyırdı. Rayon da olduqları üçün baş açmırlar ki, qadın niyə ağrıyır.Bir gün qadın yenə çox bərk ağrıyır. Rayon əhli Yusifin atasına xəbər verirlər kişi tez gəlir yoldaşın aparır  rayona xəstəxanaya  ora çatanda qadının həyat yoldaşına deyirlər ki,  yoldaşının vəziyyəti pisdi mütləq Bakıya aparılmalıdir.  Kişi tez tələsik həyat yoldaşını maşına qoyub onu Bakıya gətirir və xəstəxanaya çatdırır.  Həkimlər müayinə etdikdən sonra deyirlər ki ,xəstənin qanına zəhərlənmə keçib artıq gecdi. Elə bu vaxt baxırlar ki ,artıq qadın rəhmətə gedib .Yusif anasız qalır.Yoldaşının rəhmətə getdiyini görən kişi çox üzülür həyatı ailəsi dağılmışdı .Balaca Yusifin bunların heç birindən xəbəri yox idi çünki onun hələ 3 yaşı var idi. Yusifin anası rəhmətə getdiyi üçün onu bibisi saxlayırdı. Ona çox yaxşı baxırdı bibisi həyatını ona həsr eləmişdi.Yusifdə onu cox sevirdi .Yusif böyüyürdü artıq onun 5 yaşı olacaqdı Yusifin atası isə təzədən ailə qurmaq  istəyirdi.Yusifin atası rayondan bəyəndiyi bir qiz ilə ailə qurur gəlin uşağı götürür saxlayır .Bir dəfə Yusifin atasi işə gedərkən Yusif onun arxasından ağlayırdı.  Bu vaxtı Yusifin ögey anasi onu  qucağına alaraq gətirib qoyur çarpayının üstünə. Uşağı çarpayıya necə qoyursa Yusifin gözü pəncərənin qırağına dəyərək çıxır. Bu vaxt neynəyəcəyini bilməyən  gəlin Yusifin bibisinə xəbər eləyir.Bibi gəlib Yusifi bu vəziyyətdə görən bibi onu tez həkimə aparır həkim müayinə eləyəndən sonra deyir ki, usağın gözünün qarası çıxıb yəni mümkünsüzdü. Beləcə Yusifin sol gözü olmur .Dünyaya gələndən heç üzü gülmür Yusifin anası rəhmətə gedir sonra gözü zədələnir bunu bilən Yusifin atası yoldaşı ilə dalaşır  gəlin öz ata evinə qayıdır. Bir müddət keçdikdən sonra gəlin öyrənirki  hamilədi.Yusifin atası bunu biləndə yoldaşını evə gətirir .Vaxt keçir  Yusif böyüyür artıq onun 6 yaşı var . Artıq Yusifin bir bacısıda var idi.  Yusif onunla oynayır  və onu çox istəyirdi .Bir dəfə  Yusifin bacısı xəstələnir .Kiçik qızın  gözləri ağrıyırdı. Balaca qızcığaz çox əziyyət çəkirdi. Ağrıların keçmədiyini görən ana həkim çağırır.həkim müayinə etdikdən  sonra  deyirki uşağın sol gözündə zədələnmə var  xəstəlikdən gozü tutulub .Bunu eşidən ata və anası çox üzülmüşdü .Yusifində sol gözü də zədə görmüşdü illər öncə yeri göyü yaradan ALLAH ögəy ananın elədiyini onun öz balasına görsətdi.


 

Dünyaya gəldiyim ilk gündən bəri ,
Kədərdə mənimlə doğuldu sanki.
Anamı itirdim körpə yaşımda ,
Gözümün nuruda getdi anamla.
Müəllif: ANGEL.A.S






 

(səs: 6)
Şərhlər: 2
Baxılıb: 5 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri