Şikəst

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 498
Səs ver:
(səs: 2)

15 yaşlı cavan oğlan avtobusa mindi,görəndə ki yerlərin hamısı boşdu sevincinin həddi yox idi.O pəncərənin önündə yerini rahatladı,axı sona kimi getməli idi.

Avtobus yola düşdü və 20 dəqiqədən sonra artıq bütün yerlər tutulmuşdu.Oğlan pəncərədən çölə baxır,musiqi dinləyirdi.Birdən yaşlı bir qadın onun çiyinlərinə toxundu:Utanmırsan,sənin yaşda olanda mən böyüklərə yer verirdim.Başqaları da ona qoşuldu:Qoca qadın ayaq üstə qalıb,bu da necə özünü saymazyana aparır.
 2-3 dəqiqədən sonra bütün avtobus artıq oğlanın üstünə düşmüşdü.Oğlan buna dözmədi və dedi:
"Yaxşı mən duracam,amma bu yerdə öz sözlərindən utanmayan biri otursun" Bu sözlər avtobusdakıları şoka saldı,onlar lap hiddətləndilər.Oğlan isə sakitcə oturacağın altından qoltuqağaclarını çıxardı-əvvəl birini,sonra o birini.Heç kimə bir söz demədən onlara söykənərək dayandı.
Hər kəs susdu.Axı heç kimin ağlına gəlmirdi ki,belə ola bilər hətta onun ayağına bütün yol boyu qəsdən tapdalayan yaşlı qadın da yalnız indi başa düşdü ki oğlan niyə reaksiya vermirmiş.Sonuncu dayanacağa qədər oğlan sakitcə qoltuq ağaclarına söykənərək durdu,avtobusdakılar isə susdu.Oğlana çətin idi,amma bir şey ona güc verirdi-onun yeri boş qalmışdı,orda oturmağa heç kim cürət etmirdi.


(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri