"Kiçik qardaş"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 659
Səs ver:
(səs: 6)

Yaşlı bir adam dükanın vitrininə uzun-uzadı baxdıqdan sonra yaxınlıqda çəmənlikdə oynayan uşaqların ən zəifine dönərək "Balaca..! deyə səsləndi." Mənə bir az kömək edərsənmi?" Uşaq, həftə sonları oynadığı bodminton oyununda ilk dəfə idi ki, birinci olmasına baxmayaraq oyunu tərk edib gəldi. 

Uşağın 7-8 yaşı olardı və əynindəki paltarı çox köhnə idi. Yaşlı adam uşağın saçlarını sığalladıqdan sonra: "Vitrindəki o paltarı geyinməni istərdim. Baxaq görək əyninə olurmu?" Uşaq öncə bu təklifi zarafat sandı. Amma adamın ciddi olduğunu anladı. Onunla birlikdə mağazaya girərkən gördüyünün yuxu olub-olmadığını, sonra da indiyə qədər təzə paltar geyinib-geyinmədiyini düşündü. Ümumiyyətlə, ya ailədəki böyük uşağa alınan və ya qonşular tərəfındən verilən paltar ona dar olarsa ortancıl qardaşa qalır və bir neçə il sonra dizləri süzülmuş halda kiçik qardaşa yəni ona qalırdı. Lakin həmişə xəstə dedikləri atasının nə qədər çətinliklə pul qazandıgını bildiyindən, bu vəziyyətinə bir dəfə də olsa etiraz etməmişdi. Indi isə ilk dəfə olaraq təzə paltarı olacaqdı. Üstəlik bayrama üç gün qalmışdı. Uşaq paltarı geyinəndə böyümüş olduğunu ilk dəfə hiss etdi. O artıq bu paltarla heç üşümüyəcəkdi. 
Yaşlı adam uşağı sağa-sola çevirdikden sonra paltarın bir paketə qoyulmasını istedi. Və satıcıya dönerək: "Paltarı nəvəmə alıram ona supriz edəcəyim üçün paltarı bu uşağın üstündə ölçdüm.” Uşaq bir anlıq beynindən vurulmuş kimi oldu və nə deyəcəyini bilmədi. Amma böyüdüyünə görə heçnə hiss etdirməməli idi. Güzgüyə son dəfə baxdıqdan sonra əynindəkiləri yavaşca çıxararaq kənara atıb. Köhnələrini geyindi. Bu adam paltarın artıq nəvəsinin əyninə gələcəyindən əmin idi və gördüyü işə görə uşağa bir konfet pulu vermək istədıkdə uşağı yanında görmədı. Zavallı uşağ bu hadisədən çox sıxılmışdı. Uşaq inci kimi yaşlar süzülən gözlərini yoldaşlarından qaçırmağa çalışırdı...
 Bəzən xəyallarımız, arzularımız son anda belə puc olur...


 

(səs: 6)
Şərhlər: 2
Baxılıb: 3 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri