Şəkil çəkmənin və çəkdirməyin dini hökmü

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 2 794
Səs ver:
(səs: 0)
 
Sual: Şəkil çəkmənin və çəkdirməyin dini hökmü nədir?
Cavab: Film dedikdə dərhal şəkil və fotoşəkil mövzusu ağla gəlməkdədir. Bilindiyi kimi Hz. Peyğəmbərin (s.ə.s) şəkil və heykəli qadağan edən səhih hədis-i şərifləri vardır:
Hz. Aişə anamız buyurur ki: "Rəsulullah (s.ə.s) bir səfərdən dönmüşdü, mən də dolabı, üzərində şəkillər olan bir örtü ilə örtmüştüm. Örtüyü görüncə rəngi dəyişdi və dedi ki, "Aişə! qiyamət günü Allahın hüzurunda ən şiddətli əzab görəcək olanlar Allahın yaratmasında müşabih olanlar (yəni Allahın yaratması kimi yaratmağa cəhd.) Bunun üzərinə onu kəsdik, bir və ya iki dənə yastıq etdik." (Buxari, Libas 91)

Əbu Hüreyrədən (r.ə) rəvayət olunur. Rəsulullahın (sav) belə dediyini eşitdim: Allah Təala buyurdu ki:
"Mənim yaratdığım kimi yaratmağa cəh göstərəndən daha zalım vardırmı? Bir zərrənin yaratsınlar, bir buğdanı yaratsınlar, bir arpa yaratsınlar baxaq ..." (Buxari, Tövhid 56)

Hədisi şəriflərdə çirkin görülərək rədd edilən və şidetli cəzaya səbəb olacağı bildirilən davaranış Allahın yaratması kimi yaratmağa cəhd etməkdir. Şəkil və heykəl düzəldənlərdə belə bir iddianın varlığı müşahidə edilməkdədir. Bir rəssamın şəkilini çəkdiyi varlığı eynilə kopiya etməsi müvəffəqiyyət sayılmır, özündən bir şey katması və bir yaradıcılıq göstərməsi tələb olunur. Beləcə bəzi yönləri ilə Allahın yaratdığından fərqli yeni bir xarakter, yeni bir görünüş ortaya qoyulduğu deyilir.
Yaradıcılıq barəsində sanki Allah ilə yarışa girilmiş olar ki, bu hər şeyini Allaha borclu olan bir insan baxımından çirkin bir davranışdır. Bu səbəblə hədisdə ifadə edilən təhdid haqq edilmiş olar. "Mənim yaratdığım kimi yaratmağa cəhd göstərəndən daha zalım vardırmı?" "Bir zərrə yaratsınlar bir buğdanı yaratsınlar bir arpa yaratsınlar baxaq..."
Rəssamların bu tutum və davranışları, qiyamət günü "yaratdıqlarınıza can verin görək" şəklindəki təhdidə məruz tutulmalarına gətirib çıxaracaq.

Şəkil, lupalar köməyiylə qarşısında olan canlı və cansızların şəkillərinin film üzərində tertibindən ibarətdir. Bu film kağız üzərinə keçirilsə Foto adını alır. Bir qisim əməliyyatlardan sonra ekrana və pərdəyə köçürülürsə buna film ya da video filmi 
deyilir. 
Filmi çəkilən canlılarda film çəkən meydana gətirdiyi bir yaradıcılıqdan bəhs edilə bilməz. Film çəkən adam qarşısında olan canlı və cansızları ən uyğun şəkildə filmə etdiyi ölçüdə müvəffəqiyyətli sayılar.
Filmdə ortaya çıxan şəkil, aynada ortaya çıxan şəkildən fərqli deyil. Namaz qılanın başı üstündə özündə yaxın olmasa da sağ və ya sol xəttindəki divar və ya tavan üzərinə edilmiş yaxud asılmış canlılara aid şəkil və ya heykəlin olması məkruh sayıldığı halda namaz qılanın ya da digər canlıların şəklini göstərən aynanın namaz qılınan yerdə olması məkruh sayılmamışdır. Çünki ayna oradakı mövcud şəkli eynilə göstərir.

Bundan başqa insanlar, şəkil və heykələ hörmət göstərib qarşısında hörmət duruşu edib zaman zaman ibadət etdikləri halda bu davranışları film və fotoşəkilə qarşı göstərməmişlər.

Şəkil çəkənlər fotağrafını çəkdikləri varlıqlara yeni xarakterlər və yeni xəttlər əlavə edərək yaradıcılıq iddiasında olmadığına hədis-i şəriflərdə keçən təhdidləri də haqq etməzlər. Bütün bu səbəblərdən ötəri film çəkmək və çəkdirmək hədislərin qadağan etdiyi təsvir daxilində deyil.
 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri