Dünya malı dünyada qalacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 994
Səs ver:
(səs: 4)

 Bir ata və oğul olur. Onlar çox kasıb olurlar. Ata çəkməçi işləyir, oğulsa ona kömək edir. Oğul hər gün şikayətlənərək deyir: "Bu nədir, mən kasıb yaşamaqdan bezmişəm,varlı olmaq istətyirəm". Hər gün belə şikayətlənərmiş. Atası isə ona cavabında deyərmiş: "Oğlum, Allaha şükür et, o eşidən və biləndir. Hər zaman şükür et!" Hər şeydən bezmiş oğul varlanmaq eşqiylə xəstə atasını tək qoyub evdən qaçır. İllər keçir, amma oğlundan bir xəbər ala bilməyən atanın xəstəliyi daha da artır. Xəstə olmasına baxmayaraq, hər gün uca tanrıya yalvarır: "Allahım, sən hər şeyi eşidib bilənsən, sən özün oğlumu qoru, onu günah işlərdən uzaq et!"

 

Günlərin bir günü oğul evinə - atasının yanına qayıdır. Ata oğlunu görür vəgözlərinə inanmır. Çunki oğlu əvvəlki kimi çirkli, cırıq yox, təmiz, səliqəli geyimdə idi.O, artıq varlanmış, öz şirkəti və şəxsi sürücüsü olan iş adamı olmuşdu. Oğul içəri girərək atasına deyir:

 

-Ata, dur ayağa, gedirik burdan. Sənə yeni ev almışam, səni şahlar kimi yaşadacağam. Çıx bu daxmadan.

 

Ata yerindən qalxaraq oğlunun arxasınca gedir. Yeni evi görərək şoka düşur və oğluna deyir:

 

-Ay oğlum, sən bu evi necə almısan? Mən bu evdə yaşaya bilmərəm, məni öz evimə apar.

 

Ata nə qədər deyirsə, oğlu onu fikrindən daşındırır. Bir neçə gündən sonra atanın vəziyyəti daha da ağırlaşır. Ölüm ayağında olan ata oğluna vəsiyyət edir:

 

-Oğlum, mən öldükdən sonra məni corabımla basdır. Yadından çıxmasın. Bu, səndən son istəyimdir - deyərək ölür.

 

Oğul düşünür: "Niyə atam məndən bunu istədi, mənə nəyi bildirmək istəyir?" Bütün bunları düşünərək gəzir. Atası basdırılan zaman oğul atasının istəyini yerinə yetirmək istəyəndə molla ona mane olur. Oğul mollaya hirslə deyir:

 

- Bu, atamın istəyi idi, mən bunu etməliyəm, mane olma mənə!

 

Molla isə ona deyir:

 

- Belə şey olmaz . Hər kəs bu dünyadan yalnız kəfənlə gedir.

 

Molla bu sözləri deyən kimi oğul gözlərini yumaraq dərin fikrə gedir və başa düşür ki, ata bu hərəkəti etməklə ona bildirmək istəyirmiş ki, heç kim bu dünyadan gedən zaman özü ilə heç nə aparmayacaq. Dünyanın malı dünyada qalacaq.

 


 
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 6 994
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri