++++++++++++++++Kəlmeyi-şəhadəti tez-tez deyək

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 8 847
Səs ver:
(səs: 4)
Kəlmeyi-şəhadət "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən rasul Allah"deməkdir. Tərcüməsi: "Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə də şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir". Kəlmeyi-şəhadəti söyləməyin 130-a qədər faydası vardır ki, onlardan 30-nu diqqətinizə çatdırıram...

Dünyada olan 5 fayda:

1. Adı gözəl çağrılar.
2. İslamın əmr və yasaqları özünə fərz olar.
3. Cəzadan və alçaldılmaqdan azad olar.
4. Allahu–təala ondan razı olar.
5. Bütün möminlər onu sevərlər.

Ölərkən olan 5 fayda:

1. Əzrail (a.s.) yanına gözəl surətdə gələr.
2. Ruhu yağdan tük çəkilən kimi alınar.
3. Cənnət qoxuları gələr.
4. Qarşısına müjdəçi mələklər gələr.
5. "Salam, ya mömin! Sən Cənnətliksən!” deyər.

Qəbirdə olan 5 fayda:


1. Qəbri geniş olar.
2. Münkir və Nəkir gözəl surətdə gələr.
3. Bir mələk ona bilmədiyini öyrədər.
4. Allah bilmədiyini yadına salar.
5. Cənnətdəki məqamını görər.

Ərəsətdə olan 5 fayda:

1. Sual və hesabı asan olar.
2. Kitabı sağından verilər.
3. Mizanda savabı ağır gələr.
4. Ərşin altında kölgələnər.
5. Sirat körpüsündən ildırım kimi keçər.

Cəhənnəmdə olan 5 fayda:


1. Cəhənnəmə girərsə, Cəhənnəm əhli kimi gözləri göy olmaz.
2. Şeytanla vuruşmaz.
3. Əllərinə atəşdən kərpic verilməz, boğazına zəncir vurulmaz.
4. Həmim suyundan içirilməz.
5. Əbədi Cəhənnəmdə qalmaz.

Cənnətdə olan 5 fayda:


1. Bütün mələklər ona salam verər.
2. Siddiqlər ilə dost olar.
3. Əbədi olaraq cənnətdə qalar.
4. Allahu-təala ondan razı olar.
5. Allahu-təalanın camalını görər.

Elə isə dilimizdən heç kəlmeyi-şəhadət əskik olmasın:
"Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən rasul Allah".
(səs: 4)
Şərhlər: 0
Baxılıb: 8 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri