++++++++++++++++++++İntiqam Və Düşmənçilik Hissi.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 115
Səs ver:
(səs: 1)
Allahın insanlara haram bildiyi bir çox siffətlər var ki,onlar içimizdəki qəzəb nəticəsində yaranır.O sifətə malik olan mömin bəndə Xaliq və məxluqdan uzaq olub həmişə əzablar içində yaşayır.Bədxassiyyətli olan bu insanlar haqqında hədislərdə deyilir: ''Pis xasiyyətlər insanı cəhənnəmin ən aşağı qatına aparar''. Bunlardan ikisi intiqam və düşmənçilik hissidir.
İntiqam - sənə edilən pisliyin həcmi qədər pislik, yaxud ondan da çox pislik etməkdir. Bu, din baxımından haram sayılır. Məsələn, qeybət müqabilində qeybət, böhtan müqabilində böhtan və s. bunlar kimi haram işlər.
İntiqamın çirkinliyi haqqda kimsədə şübhə olmasın.Həzrət Peyğəmbər (s) buyurur: ''Bir-birini söyən iki şəxs bir-birini parçalayan iki şeytandır''. Mömin bəndə intiqam almaq həvəsini içində boğmalı, intiqamından vaz keçməlidir, qarşısındakını bağışlamalıdır ki, şəriətin cızığından çıxmasın. Bağışlanmaq haqqında ayə və hədislər hədsiz saydadır.
Yaradanımız deyir: ''Sizin bağışlanmağınız təqvaya daha yaxındır.'' (Bəqərə sürəsi, ayə 237)
Hədisdən gəlib ki:''Bağışlamaq və günahdan keçmək yalnız izzəti artırır. Tanrı sizi əziz etsin deyə bir-birinizi bağışlayın''.
Hikmət sahibləri deyiblər: ''Günah nə qədər böyükdürsə, onu bağışlamağın fəziləti də o qədər çox olar.'' 
Düşmənçilik iki cürdür: ya kimsə kiminsə ədavətini ürəyində saxlayıb aşkar etmək üçün fürsət axtarar, ya da açıq-aşkar ona əziyyət edər.Birincisinə kin-küdürət, ikincisinə ədavət deyərlər. Hər ikisi insanı məhvə aparan xüsusiyyətdir. Bu xüsusiyyətlərin pis olması haqqında çoxlu hədislər var. Bu çirkin əməllərin müalicəsi üçün onun təsirləri, həmçinin dünya və axirətdə ağrıya duçar olacağı barəsində fikirləşmək lazımdır. Lakin elə müsəlman vardır ki, içində düşmənçilik hissini boğa bilməyib qarşısındakına qarğış edir.Hədislərdə deyilir ki, "Qarğışa layiq olmayan müsəlmana qarğış etdikdə, o, qayıdıb qarğış edəni tutur". (''Üsuli-kafi'',cild 2,səh 360). Eləcə də,müsəlman qardaşa,yaxud bacıya qarğış ən pis dualardan sayılır. Qarğışla yaşayan, düşmənçilik aparan şəxslər ən pis halda öləcəklər.
Ədavətin olduğu şəxs ilə yaxşı və səmimi rəftar etmək,ədavətin kökünü qəlbdən kəsib atmaq lazımdır. Ən əsası ibadətdir, ibadətdə olan hər mömin bəndə bu cür pis cəhətlərdən uzaq durar, unutmaz ki, hər şeyin ən zirvəsində uca Allah durur. 

 
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri