Əzbərim...

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 1 662
Səs ver:
(səs: 0)
Kainatın nuru və varlıqların səbəbi...
Heç bir varlıq yaradılmadan, sənin nurunla aydınlanırdı, əbəd və əzəl Əbədin və Əzəlin sahibi- sənin nurunla yaratdı hər şeyi. Qaf və Nun sənin sənin varlığın üçün toxundu kainata. Sənin üçün toxudu sənətlərin ən incəsini. Əsmaül İlahiyyəyi işlədi hər varlığa.
Əlif, (Əlif- ilk, tək, sonu yox, başlanğıcı yox, ümid dünyası, könül davası, sevda dərmanı, adların sultanı, hərflərin ən gözəli deməkdir) sənin üçün doğdu qəlblərə. Fələklər sənin nurunla döndü. Kainatın həyatı oldun.
Əzbərim...
Qəlblərin olduğu kimi...
Səndən əvvəl də insanlığın aydınlığıydın, sonra da aydınlığı oldun. HZ. Adəm sənin nurunu və adını görmüşdü Cənnətdə ilk.
Sənin nurunu daşıdı alnında. Səndən əvvəlki bütün peyğəmbərlər daə sənin nurunu daşıdılar alınlarında...
Ey Əbəd və Əzəl sultanının sevgilisi! Səni öyə bilmərəm ki, Səni hər şeyin Yaradıcısı və bütün varlıqlar öymüş. Səni izah etməyə, danışmağa sözlərim yetməz ki, nurunun aydınlığı, əbədi və əzəli aydınladanı hansı söz anlada bilər ki?
Onsuz da səni danışmaq ya da öymək istəmirəm. Qəlbimin, duyğularımın nə qədər ehtiyacı olduğunu demək istəyirəm Sənə.
Qəlbimin qaranlıq gecələri artır sənsiz. Kimsəsizliyim və yoxsulluğum çoxalır. Mənliyimin ruhuma üsyanı artır. Sevgini, şəfqətini, qoxunu özləyirəm, darıxıram...
Gül qoxunu, Kainata hopmuş aydınlığını axtarır gözlərim...
Sənə ehtiyacım var, Ey sevgililər sevgilisi, Yaradıcıların ən sevgilisi. Qəlbimə doğsa Günəşin.
Sevməyə üzrlü qəlbim, sevginlə sevməyi öyrənsə.
Eşqə gedən yollarda, səni axtararkən ürəyim, mənliyimin üsyanına tabe olmasa qəlbim.
Eşqini, coşan dəli çaylar kimi qəlbimin ən dərinliyinə, gizliliyinə qədər hopdura bilsəm. Bir sərinlik dolsa eşqinin atəşindən varlığıma. Bilirəm, mən bu dadı əslində. Bilirəm bu eşq qoxusunu. Amma bilmərəm səni yaşamama və yaşatmağıma çatmır. Qəlbimə və mənliyimə yüklədiyim başqa- başqa sevgilər dolanır ayaqlarıma...
Ey sevgili, ən sevgili - Sənə ehtiyacım var!
Dağılmış mənliyimi Yaradana təslim etmək üçün bələdçiliyinə ehtiyacım var.
Min parçaya ayrılan beynimin, həqiqəti tapması üçün varlığına çatacaq yollarımı aydınlatsın nurun.
Ovuc- ovuc nur olub dolsan könlümə. Səni andığı zaman dodaqlarım, qəlbim dolub-daşan bir çay olsa.
Göz yaşlarım qəlbimin torpağını islatsa və ən gözəl şəkildə Sən qoxsan...

Ey Sevgili!
Sənə ehtiyacım var. Könlümün çöllərində yanıram. Quraq iqlimlərə durdum yoxluğunda.
Rəhmət rəhmət doğ gecələrimə.
Ay kimi, Günəş kimi, dənizə vuran Ay kimi...

Ey Sevgili!
Yarat- poz sevgilərin, yalandan gülüşlərin, riyakar baxışların içində itdim.
Məni əsl sevgin, sevimli gülüşün və dost baxışlarınla isindir.
Sənə ehtiyacım var Ey Sevgili!
Əbəd günündə şəfaətinə, dünyada şəfqətinə ehtiyacım var...
Sənin ümmətinəm deməyə üzüm yox. Mənliyimin üsyankarlığı ilə hər daim qaçaq bir yolçu.
Amma Sənin çətirindən başqa qurtuluş yerimdə yox ki...
Şəfqətinlə sar ruhumu Ey Sevgili!

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri