"Kəlime-i Şəhadət"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 674
Səs ver:
(səs: 12)
Bir gün xəstəxanaların birində bir oğlanın can verdiyinin şahidi oldum. Ondan xahiş etdim ki, "Əşhədu Ənla İlahə İllAllah, Əşhədu Ənnə Muhəmmədən Rəsulullah" desin. Lakin oğlan çox ağır vəziyyətdə olduğundan və əziyyət çəkdiyindən bu sözü deyə bilmədi. Vəziyyəti isə get gedə ağırlaşırdı. Baxdım ki, oğlan demək istəmir, başladım yalvarmağa ki, onsuzda ölürsən, Kəlime-i Şəhadətini söylə, bəlkə bunun sayəsində Allah bütün günahlarını bağışlayıb səni Cənnətə daxil edər. Axır ki, istədiyimə nail oldum. Oğlan çox asan şəkildə "Əşhədu Ənla İlahə İllAllah, Əşhədu Ənnə Muhəmmədən Rəsulullah" dedikdən həmən sonra dünyasını dəyişdi. Gözlərimdən sevinc göz yaşları axmağa başladı. Fikirləşdim ki, Ya Rəbbim bir insan ölüm yatağında və bu qədər acı çəkməsinə baxmayaraq necə də rahat Kəlime-i Şəhadət gətirə bildi. Elə bu an içəri oğlanın anası daxil oldu. Oğlunun dünyasını dəyişdiyini görüb ağlamağa başladı, birdən gözü mənə sataşdı, məndən nə üçün ağladığımı soruşduqda, ona:
- Ay anam, bu sevinc göz yaşlarıdı, sizin oğlunuz Cənnətə getdi. Sən hardan bilirsən dedikdə, dedim ki, ölməmişdən qabaq Kəlime-i Şəhadət gətirdi. Ananın mənə verdiyi cavab isə inanılmaz oldu:
- Axı mənim oğlum anadan gəlmə laldı...  
 
(səs: 12)
Şərhlər: 2
Baxılıb: 4 674
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri