Xanım Fatimə (s.ə) buyurub...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 15 067
Səs ver:
(səs: 10)

 Xanım Fatimə (s.ə): "Atam Peyğəmbər (s) mənə dedi: "Ey atasının dostu, hər bir məstedici haramdır. Və hər məstedici şərabdır””.

 

Xanım Fatimə qadınlar üçün ən gözəl şeyin nə olduğu barəsində buyurub: "(Qadınlar üçün ən yaxşısı) kişiləri görməmələri və kişilərin də onları görməmələridir”.

 

Xanım Fatimə (s.ə): "Öz xalis ibadətini Allaha tərəf göndərən insana Allah da ən yaxşı fayda və mənfəətini göndərər”.

 

Xanım Fatimə (s.ə) Allah Rəsulunun (s) ona belə buyurduğunu nəql edir: "Ey Fatimə, sənə salavat göndərənin Allah günahlarını bağışlasın və onu Cənnətin harasında oluramsa olum, mənə qoşsun”.

 

Xanım Fatimə (s.ə): "Peyğəmbəri-Əkrəm (s) buyurdu: "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır, mən kimin rəhbəriyəmsə, Əli (ə) də onun rəhbəridir””.

 

Xanım Fatimə (s.ə): "Allah Rəsulu buyurub: "Vay o qadının halına ki, həyat yoldaşını qəzəbləndirər. Xoş o qadının halına ki, yoldaşı ondan razı qalar””.

 

Xanım Fatimə (s.ə) Peyğəmbərdən (s) belə rəvayət edir: "Barmağına əqiq üzük taxan adam həmişə xeyir görər".

 

Xanım Fatimə (s.ə) buyurmuşdur: "Oruc tutan şəxs dilini, qulaqlarını, gözlərini və digər üzvlərini (haramdan) qorumayınca oruc tutan deyildir”.

 

Xanım Fatimə (s.ə): "Allah Rəsulu (s) mənə buyurdu: "Sənin həyat yoldaşın insanların ən elmlisi, İslamı qəbul edən ilk kişi və dözümlülükdə insanların ən üstünüdür””.

 

Xanım Fatimə (s.ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Mənim övladlarımdan biri üçün bir iş görən və bunun üçün mükafat istəməyən hər bir kəsin mükafat verəni mən özüm olacam”.

(səs: 10)
Şərhlər: 1
Baxılıb: 15 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri