++++++++Ruzini Allah verir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 062
Səs ver:
(səs: 1)

 

 

Ruzini Allah verir
Bir ölkənin bir padşahı olur. O,çox rəhimli insan idi. Bir dəfə padşah qərara alır ki, öz məmləkətində yaşayan insanların həyat tərzini öyrənsin. O, öz libasın dəyişibadi insanlar kimi geyinir və öz məmləkətinin ərazisində gəzintiyə başlayır. Bazar, dükanlarda satılan malların ucuz və ya baha olmasını öyrənir, gəzə-gəzə gəlib bir bazarın qarşısında dilənçilərin diləndiyini görür. 2dilənçi onun marağını cəlb edir. O.dilənçilərə yaxınlaşarkən, dilənçilərin birinin Allahdan ruzi istəməsini, digərinin isə padşahdan ruzi istəməsini eşidir. Padşah maraq içində padşahdan ruzu istəyən dilənçiyə yanaşır və soruşur:
-«Siz niyə ruzini Allahdan deyil, padşahdan istəyirsiniz?»
Dilənçi cavab verir:
-«Allah uzaqdadır, dövlətli padşahsa yaxındadır. Allahın ruzusu gec gələr, padşahın göndərdiyi isə tez çatar, çünki,o, yaxındadır»deyib, padşahı tərifləyir.
Padşah özünü biləməzliyə qoyub, ikinci dilənçiyə yaxınlaşıb, soruşur:
-«Siz niyə yaxınlıqda padşahı qoyub, uzaqda olan gözə görünməz Allahdan istəyirsən?»
Dilənçi cavab verdi:
-«Elə padşahın da ruzusun Allah verir»
Padşah geri qayıdır, vəzir,vəkillərini çağırıb, padşahı tərifləyən dilənçiyə pay aparmağı tapşırır. O,əmr edir ki, bir qazan aş bişirib, yanına gətirsinlər.
Padşah gizlində aşın altına qızıl pullar düzür və onu tərifləyən dilənçiyə göndərir. Nökər aşı aparıb, padşahı tərifləyən dilənçinin qarşısına qoyub,deyir:
-«Bu, padşahdan sizə hədiyyədir.»
Nökər gedən kimi dilənçi qazanın qapağın açır və orda isti aşın buğlandığını görür. Qaşqabağını töküb: "Əh,bunu hər gün yeyirəm də «deyib,qazanı Allaha yalvaran dilənçinin qarşısına qoyur. O biri dilənçi: »Allah payı halaldır" deyib, qazanı götürüb, evinə aparır.
Evdə aşı qaba çəkərkən, aşın altından çıxan qızıl pulları görürlər.
Ruzini Allah verir
Bu hekayə ruzinin yalnız Allah tərəfindən göndərildiyini göstərir.

 


 

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri