Allaha şükr edirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 594
Səs ver:
(səs: 1)
Allaha şükr edirəm

Neçə gün idi ki, Aişə evdə xəstə yatırdı. Bir az yaxşılaşmışdı, ancaq anası yataqdan qalxmasına icazə vermirdi. Bir az da istirahət etməli və yeməyinə fikir verərək özünə gəlməli idi. 
-Aişənin yatağı pəncərənin yanında idi. Bütün gün ərzində küçədən keçənlərə baxır, kitab oxuyur, anası və atası ilə söhbət edirdi. Fəqət yenə də çox darıxırdı. Ürəyi yemək istəmir, dərman içməkdənsə zəhləsi gedirdi. 
-O gün günortadan sonra Aişənin müəlliməsi Aişəni ziyarət etdi. Bu Aişə üçün böyük sürpriz idi. 
-Müəlliməsi Aişənin alnından öpdü. Yanında oturub halını soruşdu. 
-Aişə yatmaqdan bezdiyini, dərman içməyə nifrət etdiyini və tezliklə sağalıb ayağa qalxmaq istədiyini bildirdi. 
-Müəlliməsi Aişənin saçlarını oxşadı və ona səbirli olmağı tövsiyə etdi. Aişə bir az fikrə daldı. Bu nəsihəti bir o qədər də bəyənməmişdi. Müəlliməsindən:
-Görəsən Allah xəstəliyi nə üçün yaradıb, -deyə soruşdu.
-Müəllimə gülümsəyərək: 
-Sağlamlığın qədrini bilmək, səbir və şükr etməyi öyrənmək üçün, -dedi. 
Aişə başa düşmədi.
-Necə yəni? deyərək sual verdi. 
Müəllimə: 
-Bax, gözəl qızım, başımıza gələn hər şey bizə nə isə bir dərs vermək üçündür. Xəstəlik bizə sağlamlığın qiymətini öyrədir. Aclıq yediyimiz qidaların, susuzluq da suyun qədrini. Əgər bunları yaşamasan sahib olduğun şeylərin qədrini bilməzsən, -dedi.
Aişə başı ilə təsdiqləyərək:
-Bəli, haqlısınız, -dedi. Mən də sağlamlığın qiymətini xəstələndikdən sonra anladım. 
Müəllimə:
-Afərin, Aişə qızım, bir şeyin qədrini bilməzsək onu bizə verənə təşəkkür edə bilmərik. Yəqin ki, bundan sonra səni sağlam yaratdığı üçün Allaha daha çox şükr edəcəksən. 
Aişə:
-Bəli, elədir ki, var deyərək müəlliməsinin gözlərinə baxdı. Bunu unutmayacağam. 
Lakin bir az fikirləşdikdən sonra yenə də ağlına bir fikir gəldi və soruşmadan dayana bilmədi:
-Müəllimə, belə olduqda varlıların Allaha daha çox şükr etməsi gərəkdir, eləmi?
Bu sualın cavabında müəlliməsi -bir az düşün görək, -dedi. Bir adam kor olsa, amma çoxlu pulu olsa, bütün pulunu dünyanı görmək üçün verməzdimi? Ya da kar olsa, bütün pulunu eşitmək naminə xərcləməzdimi? 
-Aişə:
-Əlbəttə, -dedi.
-Elə isə görən gözləri, eşidən qulaqları, yeriyən ayaqları olan hər kəs çox varlıdır. Ən əsası da ağlı olan insanlar...
-Aişə:
-Elə isə mən çox varlıyam, -dedi.
-Müəlliməsi:
-Bəli, sən çox varlısan. Buna görə də Allaha çox şükr etməlisən.
-Aişə:
-Müəllimə, daha bundan sonra şikayət etməyəcəyəm. Allaha çox şükr edən bir qul olacağam, -dedi.
-Müəlliməsi Aişənin balaca əllərindən tutub, onun alnından öpdü. 

-Aişə qızım, Allah sənə şəfa versin, -deyərək oradan ayrıldı.

Allaha şükr edirəm
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri