Mələklərin Gözəlliyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 802
Səs ver:
(səs: 1)
Uca və Böyük olan Allah mələkləri möhtərəm və gözəlliklə zinətləndirmişdir. "Bunu ona çox qüvvətli olan öyrətdi gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü”. (ən-Nəcm 5-6). İbn Abbas – radıyallahu anhu – deyir ki: "Zu Mirra – gözəl xarici görkəmli deməkdir”. Qatada – rahmətullahi aleyhi - deyir ki: "Gözəl qəd-qamətli deməkdir”. Həqiqətən Cəbrail – əleyhissəlam – Möhtərəm və Gözəl mələkdir. 
Fitri olaraq insanlar daima mələkləri gözəl, şeytanı isə çirkin, eybəcər sayırlar. Buna görə də gözəl görnüşlü insanı mələk ilə müqayisə edirlər. Bax, gör qadınlar Yusuf – əleyhissəlam – ı gördükləri zaman nə dedilər: "Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusufa: "Onların qarşısına çıx!"– dedi. Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: "Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!". (Yusuf 31). 
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri