Kişilərlə qadınlar eyni səfdə duraraq namaz qıla bilərmi?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 502
Səs ver:
(səs: 0)

 

Camaatla namaz qılarkən namaz səflərinin tərtibatının necə olacağı Peyğəmbərimiz (səllallahu əleyhi vəsəlləm ) tərəfindən öyrədilmiş, hər dövrdə eyni ilə tətbiq edilə-edilə günümüzə qədər gəlib çatmışdır. Camaatla namaz qılarkən ön səflərdə kişilər, ortada uşaqlar, ən arxada da qadınlar səf tutarlar.

Ev içində ər-arvad və ya ailənin digər üzvləri birlikdə camaat namazı qıla bilərlər.İmamla birlikdə namaz qılacaq sadəcə bir məhrəm qadın varsa o, imamın arxasında dayanaraq namaz qılar. Əgər yer dardırsa imamın ayaqlarının olduğu xətdən geridə, onun sağında duraraq namaz qıla bilər. Bu mövzuda hökm ayaqlara baxılaraq verilir. Əgər qadının boyu imam(çünki oğlan uşağı həddi-buluğuna çatmışsa imam ola bilər) olan şəxsdən uzunboylu olar və səcdəyə gedərkən boyu imamımın boyunu keçərsə də namazın səhhətinə zərər gəlməz. yuxarıda qeyd etdiyimiz kimi bu mövzuda hökm ayaqların geridə olmasına görə verilir.

Qeyd etmək lazımdır ki, qadınla kişi eyni vaxt namazını camaat halında eyni səfdə qılarsa kişinin namazı pozular. Ancaq ayrı-ayrı qılarlarsa pozulmaz.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri