Günün Duası: "Nadə Əli (ə)" duası

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 52 917
Səs ver:
(səs: 11)
Ərəbcə:
بِسمِ اللهِ الرَّحمانِ الرَّحیم
َنادِ عَلِیًا مَظهََرَ العَجَاِئبِ تَجِدهُ عَونًا لَکَ فِی النَوَائِبِ لِی اِلَی الله حَاجَتِی وَ عَلَیهِ مُعَوَّلِی کُلَّمَا اَمَرتَهُ وَ رَمَیتُ مُنقَضِی فِی ظِلِّ اللهِ وَ یُضِلِّلِ اللهُ لِی اَدعُوکَ کُلِِّ هَمٍ وَ غَمٍّ سَیَنجَلِی بِعَظَمَتِکَ یَا اَللهُ بِنُبُوََّتِکَ یَا مُحَمَّدَ بِوَلایَتِکَ یَا عَلِيُّ یَا عَلِيُّ یَا عَلِيُّ اَدرِکنِی بِحَقِّ لُطفِکَ الخَفِّیِ اَللهُ اَکبَرُ اَنَا مِن شَرِّ اَعدَائِکَ بَرِیءٌ اَللهُ صَمَدِی مِن عِندِکَ مَدَدِی وَ عَلَیکَ مُعتَمِدِی بِحَقِّ اِیَّاکَ نَعبُدُ وَ اِیَّاکَ نَستَعِینُ یَا اَبَا الغَیثِ اَغِثنِی یَا اَبَا الَحَسَنَینِ اَدرِکنِی یَا سَیفَ اللهِ اَدرِکنِی یَا بَابَ اللهِ اَدرِکنِی یَا حُجَّهَ اللهِ اَدرِکنِی یَا وَلِیََّ اللهِ اَدرِکنِی بِحَقِِّ لُطفِکَ الخَفِّی یَا قَهَّارُ تَقَهَّرتَ بِالقَهرِ وَ القَهرُ فِی قََهرِ قََهرِکَ یَا قَهَّار یَا قَاهِرُ العَدُّوِّ یَا وَالِی الوَلِیَِّ یَا مَظهَرَ العَجَائِبِ یَا مُرتَضَی عَلِیِّ رَمَیتَ مَن بَغَی عَلَیََّ بِسَهمِ اللهِ وَ سَیفِ اللهِ القَاتِلِ اُفَوِّضُ اَمرِی اِلَی اللِه اِنَّ اللهَ بَصِیرٌ بِالعِبَادِ وَ اِلهُکُم اِلهٌ وَاحِدٌ لا اِلهَ ِالا هُوَ الَََّرحمَانُ الرَّحِیمُ اَدرِکنِی یَا غِیَاثَ الُمستَغِیثِینَ یَا دَلِیلَ المُتَحَیِّرِینَ یَا اَمَانَ الخَائِفِینَ یَا مُعِینَ المُتَوَکِّلِینَ یَا رَاحِمَ المَسَاکِینَ یَا اِلهَ العَالَمِینَ بِِرَحمَتِکَ یَا اَرحَمَ الرَّاحِمِینَ وَ صَلَّیَ اللهُ عَلیَ سَیِّدَنَا مُحَمَّدٍ وَ آلِهِ اَجمَعِینَ وَ الحَمدُ للَهِ رَبِّ العَالَمِینَ.

Oxunuşu:
Nadi Əliyyən məzhərəl əcaib təcidhu əvnən ləkə fin nəvaib li iləllahi hacəti və əleyhi muəvvəli kulləmə əmərtəhu və rəmeytu munqəzi fi zilillahi və yuzlillahu li ədukə kullə həmmin və ğəmmin səyəncəli bi əzəmətikə ya Allahu,bunivvətikə ya Muhəmmədə,bivilayətikə ya Əliyyu,ya Əliyyu,ya Əli ədrikni bihəqqi lutfikəl xəfiyyi Allahu Əkbəru ənə min şərri ə"daikə bəriun,Allahu samədi min indikə mədədi və əleykə mutəmidi bihəqqi iyyəkə nəbudu və iyyəkkə nəstəin seyfəllahi ədrikni,ya əbəlğeysi əğisni,ya Əbəlhəsəneyni ədrikni,ya huccətallahi ədrikni,ya vəliyyəllahi ədrikni,bihəqqi lutfikəl xəfiyyi ya Qəhharu təqəhhərtə bilqəhri vəlqəhru fi qəhri qəhrikə Ya Qəhharu ya qahirəl əduvvi ya valiyəl vəliyyi,ya məzhərəl əcaib,ya murtəza Əliyyi rəmeytə mən nəğa əleyyə bisəhmillahi və seyfilləhil qatili ufəvvizu əmri iləllahi innəllahə bəsirun bil ibad,və ilahikum ilahun vahid,la ilahə illa huvər rəhmanur rəhim ərdini,ya ğıyasəl mustəğisin ,ya dəliləl mutəhəyyiyin,ya əmanəl xaifin,ya muinəl mutəvəkkilin,ya rahiməl məsakin,ya ilahəl aləmin birəhmətikə ya ərhəmər rahimin və səlləllahu əla seyyidina Muhəmmədin və alihi əcməin vəl həmdulillahi rəbbil aləmin.

Tərcüməsi:
Əlini səslə! O Əli ki, onun simasında ecazkar və mükəmməl xüsusiyyətlər heyrətamiz şəkildə təzahür etmişdir! Əlini səslə! Səslə ki, bütün çətinliklərdə və çıxılmaz vəziyyətlərdə sənə yardımçı olsun! Bu aciz və dəyərsiz bəndə daim Allaha möhtacdır. Mən hər bir işimdə o Həzrəti Rəbbimlə öz aramda vasitəçi seçib ona arxalanıram. Bu günə qədər və bundan sonra həyatda hər bir addımımı Tanrının lütfünün kölgəsi altında atmışam və atacağam. İlahi! Məni narahat edən, qəlbimi sıxıntıya düçar edən hər bir iş üçün Sənə üz tutub Səni səsləyirəm ki, işlərimdəki düyün açılsın, çətinliklərim həll olunsun. Ey Tanrım! And olsun Sənin əzəmətinə və böyüklüyünə! Ey Muhəmməd (s)! And olsun sənin peyğəmbərliyinə! Və and olsun sənin imamətinə, ilahi rəhbərlik məqamına, ey Əli! Ey Əli! Ey Əli! Gizli və sirli məhəbbətin, lütfün xatirinə... Mənim halımdan xəbərdar ol! Allahın böyüklüyü vəsf edilə bilməz. Sənə qarşı kin-küdurət, pislik və ədavət yürüdənlərə mən də düşmən kəsilirəm! Mənim bütün ehtiyaclarımı təmin edən hər bir şeydən ehtiyacsız olan Allahdır. Və mənə səndən yardım və dəstək yetişir. Sənə inanıram, sənə arxalanıram! «İyyəkə nəbudu və iyyəkə nəstəin» xatirinə! Ey imdada yetənlərin ağası! Mənə yardım et, fəryadıma çat! Ey Həsən və Huseynin atası! Mənim halımdan xəbərdar ol! Ey Tanrının qılıncı! Düşdüyüm vəziyyətdən hali ol! Ey Allaha doğru açılan qapı! Mənim nə halda olduğumdan xəbər tut! Ey Allahın höccəti və Ona doğru aparan haqq yolun bələdçisi! Mənim halımdan xəbərdar ol! Ey Tanrının təyin etdiyi ilahi rəhbər! Düşdüyüm vəziyyətdən hali ol! And olsun o gizli və sirli lütfünə, ey qələbələr qazanan, zəfərlər çalan və hamıya qalib gələn! Səni and verirəm Allahın qüdrət və hakimiyyətinə, halbuki bu qüdrət və hakimiyyət sənin zəfərində və üstünlüyündə təzahür edir. Ey düşmənə qələbə çalıb qalib olan! Ey Allah dostlarına dost olan! Ey ecazkar xüsusiyyətlərə malik olan! Ey Murtəza Əli! Yəqin bilirəm ki, mənə zülmü rəva görmək istəyən hər bir kəsi sən ölüm gətirən ox və qılıncınla qüvvədən salıb yerə yıxarsan. Mən bütün işlərimi Allaha həvalə edirəm. Həqiqətən, Uca Tanrı öz bəndələrini görür, eşidir və onların halından xəbərdardır. O özü Quranda belə buyurur: «Sizin Rəbbiniz vahid olan Allahdır və Ondan başqa Tanrı yoxdur. O mehriban və mərhəmətlidir». Ey imdad diləyənlərin harayına yetişən! Mənim halımdan xəbərdar ol! Ey yolunu azıb çaş-baş qalanları doğru yola istiqamətləndirən! Ey qorxu və vahimə içərisində olanların pənahı! Ey Ona üz tutub pənah gətirənlərə yardımçı olan! Ey aləmlərin yoxsul və biçarələrinə rəhm edən! Mənim halımdan xəbərdar ol! Sonsuz rəhmətin xatirinə, ey rəhm edənlərin ən rəhimlisi! Ağamız Həzrət Muhəmmədə (s) və onun xanədanına sənin salamın olsun! Həmd və sitayiş aləmlərin rəbbi olan Allaha məxsusdur.

Biz onun təsir bağışlaması və bərəkətləri haqqında olan məlumatları "Min bir xətm” kitabından istifadə edərək burada veririk.
1.”Nadə Əli” (ə) duasının gündə azı yüz on dəfə oxunmasının itmiş şeyin tapılmaısnda və itmiş şəxsin qayıtmasında çöx böyük təsiri var.
2. Bir qrup adamın ucubatından çətinliyə düşən şəxs bu duanı yeddi dəfə oxuyub onlara tərəf üfürsə, onlardan heç bir zərər görməz.
3. Düşməndən qorxan şəxs onu iyirmi yeddi dəfə oxusa, onları pərakəndə salıb məğlubiyyət uğradar
4. Mühüm çətinliklərin həlli üçün min dəfə oxumaq lazımdır.
5. Əgər bir şəxs sənə qarşı qəzəblənibsə, buna görə onu yetmiş bir dəfə oxu və üç dəfə də oxuyub şəxsin üzünə üfür.
6. Əgər rəsmi dairə işçisi üçün oxusa, onun yanında sözü keçər.
7. Cümə gününün əvvəlində on iki dəfə oxuyan şəxsin sözü keçərli olar.
8. Böhtana düşmüş şəxs onu dəf etmək üçün səhər və axşam qırx dəfə oxumaq lazımdır.
9. Var-dövlətli olmaq üçün, hər gün səhər on iki dəfə oxumaq lazımdır.
10. Var-dövlətin artması üçün hər gün otuz bir dəfə oxumaq lazımdır.
11. Düşmənlərə qələbə çalmaq üçün, hər gün on yeddi dəfə oxumaq lazımdır.
12. Pis niyyətli şəxslərin ağzını bağlamaq üçün on yeddi dəfə oxumaq lazımdır.
13. Mühüm çətinliklərdən çıxış yolu tapmaq üçün hər gün otuz dörd dəfə oxumaq lazımdır.
14. Göz ağrısı üçün, üç gün, iyirmi dəfə oxumaq lazımdır.
15. Xəzinələri ələ gətirmək və muharibələrdə qələbə əldə etmək üçün qırx dəfə oxumaq lazımdır.
16. Həzrət Məhəmməd Peyğəmbəri (səlləllahu ələyhi və alih) yuxuda görmək üçün hər gecə yeddi dəfə oxumaq lazımdır.
17. Həbsdən xilas olmaq üçün yeddi gün və hər gün on altı dəfə oxumaq lazımdır.
18. Bağlı qapıların və bəxtin açılması üçün hər gün əlli dəfə oxumaq lazımdır.
19. Sirlərin aşkarlanması və dövlətli olmaq üçün hər gün on altı dəfə oxumaq lazımdır.
20. Qətl və düşməndən amanda qalmaq üçün səkkiz gün və hər gün on səkkiz dəfə oxuyub o şəxsə tərəf üfürmək lazımdır.
21. Elm əldə etmək üçün sübh namazı vaxtı on yeddi dəfə oxumaq lazımdır.
22. Hacətin rəva olması və istəklərin padşah (rəhbər və ya yüksək rütbəli şəxslərin) yanında qəbul olması üçün altı gün müddətində hər gün yüz dəfə oxumaq lazımdır.
23. İzzətli olmaq üçün hər gün on dəfə oxumaq lazımdır.
24. İki zalımın arasında düşmənçilik salmaq üçün hər gün iyirmi dəfə oxumaq lazımdır.
25. Düşmənin avara və sərgərdan olması üçün hər gün otuz dəfə oxumaq lazımdır.
26. Bir dəstənin arasındakı ixtilafı aradan qaldırmaq üçün hər gün otuz dəfə oxumaq lazımdır.
27. Düşmənlərin məğlub olması üçün gündə yüz dəfə oxumaq lazımdır.
28. Qəlbin qüvvətlənməsi üçün hər gün iyirmi beş dəfə oxumaq lazımdır.
29. Düşmənin ürəyinin yumşalması üçün altı gün hər gün yüz dəfə oxumaq lazımdır.
30. Düşmənin hiylə və tüğyanının qarşısını almaq üçün hər gün yüz dəfə oxumaq lazımdır.
Bunlardan əlavə Nadə-Əli (ə) zikrini hər gün yetmiş dəfə oxumağın hacətlərin rəva olmasında, həyatdakı çətinliklərin həll olmasında və başqa mühüm işlərdə çox böyük təsiri vardır. Bu zikr təcrübə olunmuşdur. Deyilənə görə imamlardan (ələyhim-səlam) biri onun yuxusuna gəlib, onun üzləşdiyi hadisədən qurtuluş yolunu ona açıqlayar.

(səs: 11)
Şərhlər: 3
Baxılıb: 52 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri