Günün duası: Nur duası

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 29 859
Səs ver:
(səs: 17)
Duanın ərəbcə mətni belədir:
«Bismillahir-Rəhmanir-Rəhim. Bismillahin-nur. Bismillahi nurin-nur. Bismillahi nurun əla nur. Bismillahil-ləzi huvə muüdəbbirul-ümur. Bismillahil-ləzi xələqən-nurə minən-nur. Əlhəmdu lillahil-ləzi xələqən-nurə minən-nur. Və ənzələn-nurə ələt-tur. Fi kitabin məstur. Fi rəqqin mənşur. Biqədərin məqdur. Əla nəbiyyin məhbur. Əlhəmdu lillahil-ləzi hüvə bil-izzi məzkur. Və bil-fəxri məşhur. Və ələs-sərrai vəz-zərrai məşkur. Və səlləllahu əla seyyidina Muhəmmədin və alihit-tahirin».
Tərcüməsi:
«Rəhim və Rəhman Allahın adı ilə.
Nur olan Allahın adı ilə. Nurun nuru olan Allahın adı ilə. Nur üzərində nur olan Allahın adı ilə. Bütün işləri idarə edən Allahın adı ilə. Nurdan nur yaradan Allahın adı ilə. Nurdan nur yaradan, Tur dağının üzərində Müqəddəs Kitabda (Tövratda), açılmış vərəqədə yazılan kimi, öz ölçü və miqdarında bilikli Peyğəmbərə (Həzrət Musaya (ə)) nuru (vəhyi) endirən Allaha həmd olsun. İzzəti ilə xatırlanan, fəxrlə tanınan, həm xoşluqla (möminlər tərəfindən), həm də ikrahla (kafirlər tərəfindən) şükr olunan Allaha həmd olsun. Ağamız Mühəmmədə və pak nəslinə Allahın salavatı olsun».
Rəvayətin sonunda Salmani-farsi Allaha and içir ki, mən bu duanı Məkkə və Mədinə əhalisindən qızdırmaya tutulmuş min nəfərə öyrətdim, onların hamısı duanı oxuyandan sonra Allahın izni ilə şəfa tapdı.
(səs: 17)
Şərhlər: 3
Baxılıb: 29 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri