Bəd-nəzər həqiqətən varmı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 15 463
Səs ver:
(səs: 6)
Gözdəymə (bəd-nəzər) məsələsinə İslam alimlərinin münasibəti birmənalı deyil. Bəzi müsəlman alimləri gözdəymənin, sadəcə olaraq, özünü-təlqin olduğunu bildirir və ona inanmamağı məsləhət görürlər. Bəzi alimlər isə bunun həqiqət olduğunu, mənfi enerji şəklində bir insandan başqa insana ötürülə bildiyini iddia edirlər. Onlar Qurani-kərimdə Həzrət Yəqub Peyğəmbərlə (ə) bağlı bir hadisəni də öz iddialarına sübut kimi gətirirlər. Həzrət Yəqub Peyğəmbər (ə) öz oğullarını Misirə göndərəndə onlara tapşırmışdı: "Oğullarım! (Şəhərə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun” (Yusif, 67). Təfsirçilərin bir qismi yazır ki, Yəqub Peyğəmbər (ə) oğullarının sayının çoxluğuna görə onlara göz dəyməsin deyə, şəhərə ayrı-ayrılıqda girmələrini məsləhət görmüşdü.
Bəd-nəzərin həqiqət olduğu barədə hədis və rəvayətlər çoxdur. Məsələn, Həzrət Məhəmməd Peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) qorumaq üçün dua oxumuş və buyurmuşdu ki, bu duanı vaxtilə Həzrət İbrahim Peyğəmbər (ə) öz oğulları İsmaillə İshaq (ə) üçün oxuyubmuş. Həmçinin Peyğəmbərimiz əmisi oğlu Cəfər İbn Əbu Talibin uşaqlarının bəd nəzərdən qorunması üçün üstlərində dua gəzdirmələrinə icazə vermişdi. İmam Əlinin (ə) isə belə buyurduğu rəvayət edilir: "Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istifadə etmək də həqiqətdir”.
Gözdəymənin qabağını almaq üçün batil üsullardan (gözmuncuğu, qaratikan, nal) istifadə etmək günahdır. Bəzi məlumatlara görə, nəzər ayəsini (Qələm, 51-52) oxumaqla, yaxud kağıza yazıb öz üstündə gəzdirməklə, ya da evin divarından asmaqla bəd nəzərdən amanda qalmaq mümkündür.
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 15 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri