1. Səid bin əl-Müsəyyəbdən soruşuldu: "İki dəfə evlənmiş bir qadın
Axirətdə hansı ərinə aiddir?" O, da cavab verdi ki, Rəsululah (s.a.a.)
belə buyurmuşdur: "Qadın son ərinə aiddir" (Əlbani, Səhihul Camiis
Sağir, 2704)
2. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Üç nəfər heç
zaman Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus- öz zövcəsinə və
zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir. (Səhih Buxari)
3. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası
üçün ətir vurarsa, o, zina etmişdir. Onun gözəlliyinə və qoxusunu qəsdən
iyləyən də zina etmişdir. ALLAH, o, tövbə edincəyə qədər ondan
əməllərini qəbul etməz" (Nəsai, Əbu Davud, Tirmizi, Əhməd)
4. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Qadın kişi ilə yanında kişi qohumu (məhrəmi) olmadan təkbaşına qalmamalıdır" (Səhih Buxari)
5. Peyğəmbər (s.a.a.) həmçinin buyurmuşdur: "Əgər bir kişi qadın ilə yalnızdırsa, şeytan onların üçüncüsü olur" (Tirmizi)
6. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Qadın məhrəmsiz səfərə çıxmamalıdır" (Səhih Buxari və Müslim)
7. Peyğəmbər (s.a.a.) belə buyurmuşdur: "Mən dərrakə (anlamaq, fəhm,
hafizə) və din sahəsində sizdən (qadınlardan) daha çox çatışmazlığı olan
adam görməmişəm" Qadınlar soruşurlar "Ey ALLAHın Peyğəmbəri! Bizim
dərrakə və dinimizdə çatışmamazlıq nədir?" O (s.a.a.) deyir "İki qadının
şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?" Onlar cavab
veririlər "Bəli" O (s.a.a.) dedi: "Bu dərrakə sahəsində sizin
çatışmamazlığınızdır. Heyz dövründə qadının nə namaz qılması, nə də oruc
tutması həqiqət deyilmi?" Onlar cavab verdilər "Bəli" O (s.a.a.) dedi:
"Bu da, sizin dindəki çatışmamazlığınızdır" (Səhih Buxari)
8.
Peyğəmbər (s.a.a.) qadınlara buyurmuşdur: "Şübhəsiz ki, siz cəhənnəmin
böyük hissəsini təşkil edəcəksiniz" Qadınlar soruşdular "Nəyə görə Ya
ALLAHın Rəsulu?" O (s.a.a.) deyir "Çünki siz bəlaya uğradığında səbr
etməzsiniz, sizə bir şey verildiyində şükr etməzsiniz, bir sirr
verildiyində saxlamaz, ətrafa yayarsınız, ərinizə nankorluq edərsiniz və
asanlıqla güvənilməzsiniz". (Səhih Buxari)
9. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Öz qadınlarını başçı edən heç bir millət müvəffəqiyyət qazanmayacaq!" (Səhih Buxari)
10. Peyğəmbər (s.a.a.) buyurmuşdur "Ey qadınlar, sədəqəni çoxaldın! çünki
siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz" Qadınlardan biri
dedi: "Nə üçün ya ALLAHın Rəsulu?" O (s.a.a.) cavab verdi: "Şübhəsiz siz
nemətə qarşı insanların ən nankorusunuz. dərrakəniz və dininiz
nöqsandır. ALLAHdan qorxun! ALLAHdan qorxun! İşlərində söz sahibi
kişilərin qəlblərini sizlər qədər çevirən yoxdur." buyurdu ki, "Onlardan
biri bir kişi ilə evlənir. Kişi bütün həyatı boyu ona yaxşılıq edir,
onunla yaxşı davranır, lakin qadın bir dəfə ondan bir sərtlik görən kimi
deyəcək: "Mən səndən heç zaman yaxşılıq görməmişəm" (Səhih Buxari)
(Bu hədis əlbəttə ki, bu sifətdə olan qadınlara aiddir)
11. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Qadınlarınızın məscidə getməsinə mane
olmayın, lakin onlar üçün evləri daha xeyirlidir" (Səhih Buxari)
12. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Əməlisaleh qadının malı, əməlisaleh kişi üçün nemətdir" (Əhməd)
13. Əbu Səid nəql edir: Bir qadın Peyğəmbərin (s.a.a.) yanına gəlib dedi:
"Ey ALLAHın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə
də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan və ALLAHın sənə
öyrətdikərini bizə də öyrədəsən". Peyğəmbər (s.a.a.) ona dedi: "Filan
gündə və vaxtda filan yerdə yığışın". Onlar yığışdılar və Peyğəmbər
(s.a.a.) ALLAHın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər
(s.a.a.) onlara dedi: "3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən
oddan xilas olunacaq". Onların arasından bir qadın durub dedi: "Ya
Rəsulullah! Bəs iki uşaq itirən?". Qadın bu sualı iki dəfə təkrarladı.
Peyğəmbər (s.a.a.) buyurdu: "Hətta 2, hətta 2, hətta2!" Əbu Hureyrə
əlavə et ki, bu uşaqlar həddi-buluğa çatmamış olmalıdır. (Buxari)